Deputatlardan ETİRAZ: "Bu adamlar Azərbaycana ermənilərdən çox düşmənçilik edirlər"

Deputatlardan ETİRAZ: "Bu adamlar Azərbaycana ermənilərdən çox düşmənçilik edirlər"Millət vəkilləri Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsilə bağlı sözügedən quruma müraciət edənlərə etiraz edib.
YAP-çı deputat M.İbrahimqızı bildirib ki, Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti üzvlərinin səsvermə hüququndan məhrum edilməsi məsələsini qaldıran insanlar Azərbaycana ermənilərdən daha çox düşmənçilik edirlər:

"Bu cür adamlar dərk etməlidir ki, həmin Azərbaycan nümayəndə heyəti Milli Məclisin üzvü olmaqla yanaşı, xalq tərəfindən seçilən deputatlardır. Həmin deputatlar Milli Məclisə təyin olunmayıblar, xalq tərəfindən seçiliblər. Xalqın seçdiyi nümayəndələrə də bu cür etimadsızlığı yalnız onların seçiciləri edə bilər. Mən təsəvvür edə bilmirəm ki, AŞPA-ya çağırış edən həmin şəxslər bu qədər primitiv biliklərə sahibdirlər. Hər kəs yaxşı bilir ki, Milli Məclisə deputat seçilmək üçün seçicilərin səsini qazanmaq lazımdır".
M.İbrahimqızı qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Milli Məclisə seçilən və kifayət qədər təcrübələri olan deputatlardır:
"Hesab edirəm ki, özlərini "vətəndaş cəmiyyəti fəalı" adlandıran bu şəxslər Azərbaycan əleyhinə kampaniya aparmaqla erməni dəyirmanına su tökmüş olurlar. İnanın ki, bu cür hərəkətləri damarında erməni qanı axan insanlar belə etməzdi, ancaq bu şəxslər edir. Bu gün Ermənistanda təqibə məruz qalan ayrı-ayrı vətəndaş cəmiyyəti və QHT nümayəndələri, yazıçı və şairlər Azərbaycana üz tuturlar. Həmin ermənilər Serj Sarkisyanın Dağlıq Qarabağda və Xocalıda soyqırımlar və cinayətlər törətdiyini etiraf edirlər və Azərbaycan dövlətindən yardım istəyirlər. Çox təəssüf ki, adını "azərbaycanlı" qoyan, lakin Azərbaycan sərhədlərindən kənarda ölkəmizə qarşı ləyaqətsiz və anti-milli fəaliyyətlə məşğul olan bir sıra şəxslər bu cür alçaqlıqlara əl atırlar. Halbuki, onların hər hansı narazılığı varsa, bunu Azərbaycan daxilində də etmək olar. Azərbaycanda istənilən sağlam siyasi mübarizə mühiti mövcuddur. Ancaq ölkəmizdən kənarda Azərbaycanın milli maraqlarına zərbə vurmağa hesablanan bu cür addımlar yolverilməzdir".
Milli Məclisin YAP-dan seçilmiş deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, hüquqi dövlət olmadan vətəndaş cəmiyyətinin qurulması mümkün deyil.
Onun sözlərinə görə, klassik nümunədə vətəndaş cəmiyyəti dövlətin maraqlarını qorumaq, ictimai münasibətlərin daha aktiv olması, cəmiyyətdə ədalətin bərqərar olunması və mövcud problemlərin həllində körpü rolunu oynamaq üçün lazım olur:

"Ona görə də bəzən vətəndaş cəmiyyəti haqqında danışanda deyirlər ki, Qeyri Hökumət Təşkilatları (QHT) dövlətə bağlı olmasa da, dövlətdən də ayrı deyil. Yəni, burada mənsubiyyət məsələsi əsasdır. Bu baxımdan da vətəndaş cəmiyyəti fəalları nə qədər QHT təmsilçisi olsalar da, ancaq qeyri-millət təşkilatı olmalı deyil. Bu sahədə təmsil olunan insanlar mütləq milli maraqları nəzərə almalıdır. Konkret desək, özlərini "vətəndaş cəmiyyəti fəalı" adlandıran 60-a yaxın bu şəxslər öz dövlətinə və millətinə qarşı düşmənçilik mövqeyindən çıxış edirlər. İstənilən regional və ya beynəlxalq təşkilatda hər hansı məsələni qaldırmaq və hökumətə irad bildirmək mümkündür. Burada əsas məsələ həmin şəxslərin mövqeyinin nə qədər haqlı olmasıdır. Əgər həmin şəxslər mövqeyində haqlı olsaydı, bu Azərbaycan cəmiyyəti tərəfindən də düzgün başa düşülərdi. Ancaq çox təəssüf ki, bir qrup anti-milli maraqlardan çıxış edən insanların nə Azərbaycan cəmiyyətinə, nə də vətəndaş cəmiyyətinə heç bir aidiyyəti yoxdur".
YAP-çı deputat qeyd edib ki, bu adamların Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə də konkret mövqeyi yoxdur:
"Sadəcə olaraq, bu adamlar ölkəmizi şantaj etmək üçün anti-Azərbaycan mərkəzlərinin əlində bir vasitədir. Bu cür ünsürlər yalnız və yalnız ermənipərəst mərkəzlərdən idarə olunur. İndi biz çox mürəkkəb dövrdə yaşayırıq. Belə bir dövrdə vətəndaşlarımız öz dövlətinə sahib çıxmasa, öz övladlarımız üçün yaxşı gələcək qura bilmərik".
Xatırladaq ki, özünü "vətəndaş cəmiyyəti fəalı" adlandıran 60-ya yaxın şəxs AŞPA sessiyasına millət vəkilləri - Elxan Süleymanovu və Müslüm Məmmədovu assambleyadan çıxarmaq, Azərbaycan nümayəndə heyətinin səs hüququnu araşdırma yekunlaşana qədər dondurmaq çağırışı ilə müraciət ediblər.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2099   Tarix: 23 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel