"Səbrimizi daşırsalar, ermənilərin bir alayını da..."

"Səbrimizi daşırsalar, ermənilərin bir alayını da...""Səbrimizi daşırsalar, ermənilərin bir taborunu, alayını, müdafiə nazirini, əmr verənlərini gətirə bilərik".
Bunu Ermənistanın nəşini qaytarmadığı əsgər şəhidimiz Çingiz Qurbanovla bağlı Milli Məclisin bəyanatına münasibət bildirərkən döyüş tapşırığını yerinə yetirən zaman sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib.
O, beynəlxalq qurumların hər zaman olduğu kimi, bu dəfə də işğalçıya tərəfkeşlik nümayiş etdirdiyini söyləyib:
"Onlar hər zaman ermənilərin tərəfində olublar. Əsgər şəhidimizin nəşini qaytarmamaq Ermənistanın bir təxribatıdır. Bununla onlar cəmiyyətimizdə, insanlar arasında çaxnaşma, ruh düşkünlüyü yaratmağa və insanların dövlətə inamını qırmağa çalışırlar. Ermənilər bilməlidir ki, biz bütün gerçəklikləri görürük. Onların ordusunu belə qabağımıza qatıb, gətirməyə imkanımız, qüdrətimiz və iradəmiz çatar. Lakin biz ermənilərdən fərqli olaraq, münaqişəni sülh yolu ilə, öhdəliyə götürdüyümüz beynəlxalq hüquq normalarına riayət etməklə, dünyanın dəstəyi ilə, leqal və humanist yolla həll etməyi daha üstün tuturuq.
Təcavüzkarlar Azərbaycan torpaqlarına soxulub, əsgərlərimizə atəş açır, meyitlərini girov saxlayır, əsirlərimizi qaytarmır və onlara işgəncələr verirlər. Onlar bu cür iyrənc əməllərlə Azərbaycan xalqını və dövlətini qıcıqlandırmaq istəyirlər. Xalqın içərisində bədbin əhval-ruhiyyə yaratmağa çalışırlar. İnanıram ki, bunların layiqincə cavabı veriləcək. Çox düzgün vurğulanır ki, biz bir əsgərimizi onların nəinki generalına, hətta müdafiə nazirinə, prezidentinə belə dəyişmərik. Söhbət odur ki, onlar vəziyyəti bizim əlavə addımlar atmağımıza, döyüşmək məcburiyyətində qalmağımıza gətirib çıxarmaq istəyirlər. Ermənilər bir dəfə bizi qıcıqlandırmağa çalışdılar, aprel savaşlarında onların layiqli cavabını verdik. İndi yenə təxribatlara əl atırlar. İnanıram ki, buna qarşı da cənab prezidentimiz addım atacaq, çünki bu məsələ onu da şəxsən diqqət mərkəzindədir. Söz sahibi olan ictimaiyyət nümayəndələri, siyasətçilər, millət vəkilləri hər zaman çıxışlarında deyirlər ki, bizim səbrimizi daşırmayın. Bunu həmişə təkrarlayırıq. Görünür, Ermənistan və ermənilər canlarından beziblər. Buna sadəcə belə ad qoymaq olar".
Qeyd edək ki, Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan əsgərimizə qarşı göstərilən qeyri-insani münasibətlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. (Sherg.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2734   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl

13 aprel
.

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini

11 aprel
.

İranda futbol komandasının məğlubiyyəti azarkeşin ölümü ilə nəticələndi

İranın "Traktor" komandasının azarkeşi komandanın məğlubiyyətinə görə insult keçirib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Əhə Quli Lale adlı azarkeş aprelin 12-si keçirilən oyun zamanı üçüncü qoldan sonra stadionda insult keçirib, növbəti gün dünyasın

14 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən ikinci şəxs də həbs edilib

Məhkəmənin qərarı ilə "Roşka" ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib. "Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. *. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edə

11 aprel
.

Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb

2023-cü ildə Gürcüstanda qeydə alınan yol qəzalarının sayı 14% artaraq rekord həddə - 55,6 minə çatıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat dərc edib. Buna baxmayaraq, qəzalarda həlak olanların sayı 7 310 nəfərə düşüb ki, bu da əvvəlki ill

14 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel
.

Axtarışda olan şəxslər tutuldular

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən  -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

11 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel