Tramp ermənilərə elə bir zərbə endirdi ki...

Son prezident seçkiləri kampaniyası zamanı ABŞ-da yaşayan erməni diaspor təşkilatları və erməni lobbisi bütün ağırlığı ilə Hillari Klintonu dəstəkləyirdi. Ermənilər seçkilərdə məhz Klintonun qalib gələcəyinə çox ümid edirdilər, hətta buna tam inanırdılar. Lakin seçkilərdə Donald Trampın qalib gəlməsi onları məyus etdi. Çünki seçki zamanı ermənilər Klintonun qələbəsinə o qədər əmin idilər ki, hətta Trampla hər hansı əlaqə yaratmaq barədə düşünmürdülər və onunla əməkdaşlığa dair hər hansı iş görməmişdilər. Ona görə də seçkilərdən sonra pərişan olub pat vəziyyətinə düşdülər.

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Donald Trampın prezident olmasından sonra ermənilərin ABŞ siyasətinə mümkün təsirlərini şərh edərkən bildirib.

Amma E.Ələsgərovun sözlərinə görə, ermənilər seçkilərdən sonra yenə də özlərinə xas ampluada çıxış edərək guya Trampı dəstəklədiklərinə və onunla əməkdaşlığa çalışdıqlarına dair bəyanatlar verdilər: "Lakin ermənilər məyusdurlar. Əvvəla, onlar Trampa "soyqırım" dedirtmək məsələsində heç bir iş görməmişdilər, ikincisi, Trampı, onun işlərini ciddi tənqid etdiklərinə görə qorxurlar. Əlbəttə ki, yeni administrasiya ermənilərin bu fəaliyyətini unutmayacaq.

Uzun müddətdir ki, ABŞ-ın "soyqırım" sözünü dilə gətirməklə Ermənistandakı vəziyyətə təsir edə bilməsi və Ermənistanda Amerikanı dəstəkləyən mövqelər əldə edəcəyinə dair erməni diasporuna olan ümidləri həyata keçmədi. Amerikadakı erməni diasporu Ermənistana təzyiq kimi istifadə olunsa da, uğur qazanılmadı, Ermənistan yenə də Rusiya ilə inteqrasiyaya getdi, hətta birgə hərbi birləşmələr yaratdılar. Bununla da ABŞ-dakı erməni diasporunun rolu çox aşağı düşdü. Yeni administrasiya da bunu başa düşür və əlbəttə ki, yenə də bunu canlandırmağa çalışacaq.

Lakin erməni diasporunun Trampa qarşı çıxış etməsi, faktiki olaraq onun namizədliyinin əleyhinə çıxması, təbii ki, bu münasibətlərə mənfi təsir edəcək. Ona görə də aprel ayında ermənilərin həmişə canfəşanlıqla gözlədiyi gün ABŞ prezidenti tərəfindən "soyqırım"la bağlı heç nə səslənməyəcək".
Ekspertin fikrincə, Ken Nahiqyan adlı erməninin Trampın yeni adminstrasiyasında yer alması və Ken və Kit Nahiqyan qardaşlarının "Nahigian Strategies" şirkətinin onu dəstəkləməsi də bu məsələyə ciddi təsir etməyəcək:

"Əlbəttə ki, Tramp erməni seçicilərin də səsini qazanmaq istəyirdi. Lakin o, Nahiqyanı yanına cəlb etməklə bir nəticə əldə etmədi. İndi ermənilərin ABŞ-ın yeni administrasiyasında təmsil olunmasının yalnız bir tərəfi var. Belə ki, ermənilər maliyyə dəstəyi istəyirlər. Onlar bu maliyyəni mənimsəyib əvəzində Trampa qarşı fəaliyyət göstərə bilərlər".

Mənbə: milli.az
Tramp ermənilərə elə bir zərbə endirdi ki...Tramp ermənilərə elə bir zərbə endirdi ki...Tramp ermənilərə elə bir zərbə endirdi ki...Tramp ermənilərə elə bir zərbə endirdi ki...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4891   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel