Dollar ucuzlaşandan sonra Azərbaycan bankları çətin vəziyyətdə qaldı

Dollar ucuzlaşandan sonra Azərbaycan bankları çətin vəziyyətdə qaldıVergi Məcəlləsinə edilən dəyişiklikdən sonra fevralın 1-dən etibarən bank hesablarındakı vəsaitləri nağdlaşdırarkən 1% vergi tutulacaq. Bu isə vətəndaşları, xüsusilə, biznes sahiblərini ciddi narahat edir.
İş adamları vergini ödəməkdən azad olmaq üçün xarici ölkələrin banklarında hesab açmağa üstünlük verirlər. Çünki həmin hesablardan nağdlaşdırmalar zamanı əlavə ödəniş tələb olunmur. Vətəndaşlar daha çox qonşu ölkələrdə - Gürcüstan və Türkiyədə hesab açaraq öz vəsautlərini idraə etməyə üstünlük verirlər.
Xaricdə hesab açaraq əməliyyatlar etməyə rəsmi qadağa nəzərdə tutulmadığından bu tendensiyanın genişlənəcəyi proqnozlaşdırılır. Bu sırada internet banking xidmətləri verən hesabların açılması üstünlük təşkil edəcək.
Xaricdə hesab açmaq neçəyədir?
İndi Azərbaycan vətəndaşlarının üz tutduğu banklardan biri ABŞ-da fəaliyyət göstərən "Skrill"-dir. Bu bank xidmətində hesab açmaq pulsuzdur. Həmin hesabdan nağdlaşdırma aparakən də heç bir ödəniş tələb olunmur. "Skrill" hesablara pul köçürülməsində də problem olmur. Yəni, istənilən hesabdan oraya köçürmə etmək mümkündür. Ona görə də vətəndaşlar həmin bank xidmətindən yararlanmağa üstünlük verirlər.
Gürcüstandakı banklarda hesab açankən müəyyən xərcləri qarşılamaq tələb olunur. Ekspert Rəşad Həsənov hesab edir ki, bu səbəbdən hər kəs Gürcüstanda esab açmağa maraq göstərməyəcək: "Gürcüstanda hesab açmaq ancaq oraya yolu tez-tez düşən şəxslərə sərfəli ola bilər. Digər hallarda vətəndaş əlavə xərclərlə qarşılaşacaq".
Ekspert bildirib ki, xaricdə hesab açmaq istəyənlər daha iri məbləğdə vəsaitləri olan iş adamlarıdır. Onlar Azərbaycandakı banklarda nağdlaşdırma zamanı daha çox vergi ödəməli olacaqlar. Ona görə də onlar xarici banklarda hesab açmağa üstünlük verirlər.
R.Həsənov hesab edir ki, xaricdə hesab açan iş adalarının sayı o qədər də böyük olmayacaq. Çünki onların əksəriyyətinin layihələri dövlət vəsaitləri hesabına maliyyələşir. Belə olan halda onların xaricdə hesab açıb vəsaitlərini idarə etməsi çətinləşəcək.
Banklar gəlir mənbələrindən məhrum olurlar
Ekspertin sözlərinə görə, indi biznesdə durğunluq dövrü olduğundan xaricdə hesab açanlar da çox deyil. Lakin mart ayından etibarən bu axın ciddi hiss olunacaq. Bu da yerli bankların gəlirlərinin azalmasına, risklərin böyüməsinə gətirib çıxaracaq.
Son bir ayda xaricdə hesab açanların sayı kəskin artıb. Artıq banklar bundan əziyyət çəkirlər və bunu gizlətmirlər. Öz müştərilərini itirən maliyyə qurumları çətin vəziyyətə düşüblər. Əgər prosesin qarşısı alınmasa gələcək aylarda bankların işində ciddi risklər yara bilər.
Onlayn alış-verişin və nağdsız ödənişlərin həcminin artması da müşahidə olunur. Bu əməliyyatların xarici banklar vasitəsilə həyata keçirilməsi yerli banklara zərbə vurur.
Nəzərə alsaq ki, Mərkəzi Bank 2020-ci ilədək nağdsız dövriyyənin həcmini 90%-ə çatdırmağı hədəfləyib. Bu, banklar üçün ciddi problemlərə gətirib çıxara bilər.

Mənbə: fins.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3876   Tarix: 03 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021