Şərqiyyə Hüseynova ağladı: "Qızımın ölümündən sonra anladım ki..." - VİDEO

Şərqiyyə Hüseynova ağladı: "Qızımın ölümündən sonra anladım ki..." - VİDEOÇiynimdə çox böyük məsuliyyət var: nəvəmi böyütməliyəm (ağlayır). Rəssamlıq kollecində oxuyur, universitetə daxil olmalıdır. Prezident bu yaxınlarda mənə təqaüd verdi. Bunun mənə çox böyük köməyi dəydi. Yoxsa çox çətinlik çəkərdim.

Sonxeber.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Şərqiyyə Hüseynova "Geriyə baxanda" verilişində deyib. Qızını itirən diktor hazırda nəvəsi Ayanı böyütdüyünü söyləyib.

Göz yaşını saxlaya bilməyən Ş.Hüseynova maddi çətinlik çəkdiyini də bildirib:

"Maddi bir yana, Ayanın mənəvi dəstəyə ehtiyacı var. Nəvəm 16 yaşındadır, onun valideynlərinə ehtiyacı var. Hərdən nəsə bölüşmək istəyir, mən onun tələblərinə cavab verə bilmirəm. Səbirsiz olmuşam. Bu həyatı yaşayıram, çətindir. Buna görə də 3 ildir efirlərə çıxmıram. Ayan da istəyir ki, mən efirlərdə olum. Mənə uşaqlıqdan "ana" deyir. Bu verilişə dəvət alanda Ayan dedi ki, istəyirəm ki, bir dəfə efirdə olasan. Ətrafımdakılara deyim ki, bu da mənim nənəmdir".

Ş.Hüseynova övladını itirdiyi ərəfədə ona ailəsinin dəstək olduğunu söyləyib:

"Ağır vəziyyətdə rəfiqələrim mənə dəstək oldular. Bacım, qardaşım, bütün qohumlarım mənə kömək oldu. Eyni zamanda rəfiqələrim Roza və Solmaz Həmzəyeva kömək etdi. Onlar da belə bir faciə ilə rastlaşıblar. Onlara baxanda deyirdim ki, necə yaşayırlar, niyə ölmürlər? Öz başıma gəldi, gördüm ki, insan dözür və yaşayır".

Aparıcı mərhum əməkdar artist, "Ələkbər əmi" adı ilə tanınan Ələkbər Hüseynovdan söz açıb. Ş.Hüseynova bildirib ki, Ələkbər əmi onun xalası oğlu imiş:

"Nəvəmlə bir veriliş apardım. O verilişi aparmaqda məqsədim Ələkbərin adını yaşatmaq idi. Onu çox erkən yaşda itirdik. Ələkbər mənim xalam oğludur. Bizim ailədə böyüyürdü, ona analıq etmişəm. Erkən itkilər məni öldürüb. Uşaq verilişlərinin mahir aparıcısı idi. Xalama xoş gəlirdi ki, onun adını efirdə yaşadıram".

Qeyd edək ki, Ş.Hüseynovanın qızı Mehriban 2014-cü ildə insultdan dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4792   Tarix: 03 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı musiqiçi DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanda musiqiçi vəfat edib. -ə istinadən bildirir ki, Ucar şəhər Uşaq İncəsənət məktəbinin tar müəllimi Tofiq Əliyev 64 yaşında dünyasını dəyişib. Mərhum 40 ildən artıq müəllim kimi fəaliyyət göstərirmiş. Tofiq Əliyev ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin!

16 mart
.

Aparıcı ilə müğənninin səmimi rəqsi GÜNDƏM OLDU - VİDEO

Aparıcı Vüsalə Əlizadə ilə müğənni Elvin Babazadənin səmimi rəqsi gündəm olub. İncə Səhər proqramında qonaq olan müğənni aparıcını rəqsə dəvət edib. Onların səmimi rəqsi kütləvi marağa səbəb olub. Həmin görüntüləri təqdim edirik:

17 mart
.

"Bilsəydim, səni dünyaya gətirməzdim..." - Aybəniz Haşımova

"Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşantılar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənn

23 mart
.

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi: "Proqramdan əvvəl mənə tapşırdı ki..."

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib. -a istinadən bildirir ki, o Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib. "Verilişə çağırıb

16 mart
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24 mart
.

Xalq artisti ABŞ-da alış-veriş mərkəzində muğam oxudu

Xalq artisti Gülyanaq Məmmədova Amerikaya səfərə gedib. Sosial şəbəkələrdə müğənninin alış-veriş mərkəzlərindən birində yapon pianoçunun müşaiyəti ilə muğam oxumasını əks etdirən görüntüləri yayımlanıb. -a açıqlama verən Xalq artisti bildirib ki, Novruz bayramı münasibəti ilə bir neçə şəhərdə konser

19 mart
.

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - Video

Azərbaycanəsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) izləyicilərinin suallarını cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi müəllifi olduğu yutub layihəsində Azərbaycanla bağlı da danışıb. O, izləyicisinin "Bir İran azərbaycanlısı olaraq nədən Azərbaycan dilində albom təqdim etməmisiz

18 mart
.

Adından saxta iş təklifləri yayılır

İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb. OLAY yazır ki, bloger bu barədə sosial media hesabında paylaşıb. İzləyicilərindən biri Quliyevaya instaqramda bu müraciəti edib: "Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar d

20 mart
.

Könül Kərimova: "Yadınızda saxlayın, bu şeylər məni incitmir, ləzzət edir"

"Oğlumu evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə dilimin bəlasına düşürəm. Başlayırlar ağızlarına gələni yazmağa, müzakirə etməyə. Bu şeylər məni incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahə

17 mart