Azərbaycanlı çilingər Ukraynanı təəccübləndirdi - VİDEO

Azərbaycanlı çilingər Ukraynanı təəccübləndirdi - VİDEOUkraynada keçirilən "Ukraynanın səsi" müsabiqəsində azərbaycanlı çilingər iştirak edib.

Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.

O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, C.Məmmədov "Eurovision"nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın "1+1" telekanalında yayımlanır.

Mədəniyyət   Baxılıb: 1768   Tarix: 13 fevral 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR