Goranboy sakininin RÜSVAYÇILIĞI! Əynindəki paltarları zorla soyundurub, zorladı sonra...

Goranboy sakininin RÜSVAYÇILIĞI! Əynindəki paltarları zorla soyundurub, zorladı sonra...Rus qadınına təcavüz etməkdə və soyğunçuluqda təqsirli bilinən Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Şahmar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şahmar Zeynalov 27 mart 2006-cı il tarixdə, saat 23 radələrində Rusiya Federasiyası, Yamalo-Nenets Muxtar Dairəsinin Labıtnangi şəhərində sərxoş vəziyyətdə olarkən tanışı, 1988-ci il təvəllüdlü Viktor Spiridonovun "Motorola C380" markalı mobil telefonunu zəng etmək bəhanəsi ilə istəyib. Bu zaman Viktor ona mobil telefonunu verməyib.

Viktora qarşı soyğunçuluq

Bundan sonra Şahmar Zeynalov Viktoru qorxudaraq üst-başını axtarıb, cibindən 50 rubl pulu, sonra isə "Motorola C380" markalı mobil telefonunu götürüb.

Bundan başqa, Şahmar Zeynalov həmin ilin mayın 21-də 1981-ci il təvəllüdlü Vlasov Sergey İqoreviç və onunla qeyri-rəsmi nikah münasibətində olan 1975-ci il təvəllüdlü Yelena Yuryevna Qaynbixnerlə birlikdə Rusiya Federasiyası, YamaloNenets Muxtar Dairəsinin Labıtnangi şəhəri, Qaqarin küçəsində, "Yava" mağazasının yanında yerləşən "Kaxeti" kafesində yeyib-içiblər.

Saat 23 radələrində onlar birlikdə Yelena Qaynbixnerin Labıtnangi şəhəri, Şkolnaya küçəsi, ev 13, mənzil 9 ünvanında yerləşən mənzilinə gəliblər. Bir neçə dəqiqədən sonra Şahmar Zeynalov Sergey Vlasovla birlikdə pivə içmək məqsədilə yenidən evdən küçəyə çıxıb.

O, Sergey Vlasovla birlikdə bir qədər gəzib. Sonra Şahmar Zeynalov Sergiydən ayrılaraq Yelenanın olduğu evə gəlib. Şahmar Zeynalov Sergey Vlasovun evdə olmamasından istifadə edib və Yelena Yuryevna Qaynbixnerin mənzilinin qapısını döyüb. Yelena qapını açsa da, ona evə daxil olmasına etiraz edib. Buna baxmayaraq Şahmar Zeynalov Yelena Qaynbixneri kənara itələməklə və zorla mənzilə daxil olub.

Bundan sonra Şahmar Zeynalov sərxoş vəziyyətdə Yelena Yuryevna Qaynbixneri qonaq otağında olan divanın üzərinə yıxıb, qollarından tutub, əynindəki paltarları zorla soyundurub. O, Yelenanın yalvarışlarına məhəl qoymayıb. Vəziyyətin belə yarandığını görən Yelena ona müqavimət göstərib.

Zorlama

Şahmar Zeynalov onun müqavimətini sındırmaq qərarına gəlib. O, Yelenanın üzünə bir neçə sillə vurduqdan sonra onunla cinsi əlaqədə olub. Bu cinayəti törədəndən sonra Şahmar Zeynalov Rusiyanı tərk edib və Azərbaycana gəlib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Şahmar Zeynalovun barəsində axtarış elan edilib. Keçirilən əməliyyat nəticəsində Şahmar Zeynalov yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərində həbs edilib.

Şahmar Zeynalov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahmar Zeynalov 4 il 9 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5249   Tarix: 16 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021