Azərbaycan üçün ŞOK PROQNOZ - 17 il fasilədən sonra bu hadisə baş verəcək
Maqnitudası 4,5 baldan artıq olan zəlzələlər eyni bölgədə 17 ildən sonra yenidən təkrarlana bilər.
Bunu AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov deyib.
F.Qədirov bildirib ki, Qafqaz, o cümlədən Azərbaycan ərazisi seysmik bölgə olduğundan burada zəlzələlərin baş verməsi gözləniləndir: "Biz alimlərin əsas tədqiqatlarından biri də güclü zəlzələlərin nə vaxt ola biləcəyi ehtimallarını öyrənməkdir. Bu gün bu həm alimləri, həm əhalini, həm dövlət strukturlarını maraqlandıran prosesdir. Biz də öz tədqiqatlarımızı aparırıq".
F.Qədirov bildirib ki, tədqiqatların aparılmasının müxtəlif metodları var. Metodlardan biri də baş verən hadisələrin klaster analizidir: "Biz tarixən baş verən təkanları və 1990-cı ildən bu günə kimi olan zəlzələləri analiz etmişik. Aydın olub ki, burada bir neçə klasterlər, yəni periodlar ortaya çıxır. Müşahidə olunan hadisələri zamana görə düzsək, bunların içərisindən gizli periodları tapa bilərik. Bu gizli periodları biz tapmışıq. Bunlardan biri 17, o biri isə 54 ildir. Burda söhbət maqnitudası 4,5-dən böyük olan zəlzələlərdən gedir. Bu o deməkdir ki, 17 il keçdikdən sonra maqnitudası 5-i ötən zəlzələ eyni bölgədə təkrarlana bilər. Bizim bölgəmizdə zəlzələ 6,4 maqnituda ilə olmuşdu. Bunu da biz analiz etdik və gördük ki, 17 il kifayət edir ki, həmin hadisə yenidən baş versin. Amma bu mütləq deyil, 1-2 il səhv də ola bilər. GPS tədqiqatları da göstərir ki, Abşeronun cənub tərəfində, dəniz hissəsində gərginlik toplanır. Bu elmi tədqiqatdır, amma hələ sadəcə öyrənilmə ərəfəsindədir. Eyni zamanda bu orta müddətli bir proqnozdur. Yəni qısa vaxt ərzində zəlzələni proqnoz etmək mümkün deyil".
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bununla razı olmadığını diqqətə çatdırıb. Q.Yetirmişli bildirib ki, zəlzələlər hər hansı bir tarixi ardıcıllıq və ya statistika ilə baş vermir və səsləndirilən bütün fikirlər sadəcə ehtimallardır.
Qeyd edək ki, 2000-ci il noyabrın 25-də Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərindən biri baş verib. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunub. Zəlzələnin episentri Xəzər Dənizi sektorunda yerləşirdi. Güclü təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkib.
Mənbə: trend.az


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 9650 Tarix: 16 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə
21 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabrYumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm
21 dekabrOfisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda
19 dekabrSabah hava necə olacaq?
Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz
20 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrBakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19 dekabr