Gənc hüquqşünasların diqqətinə

Gənc hüquqşünasların diqqətinə"Transformasiya Hüquqşünasları – Hüquqi transformasiya üçün hüquqi dialoq" 20 fevral – 9 mart tarixləri arasında Berlin şəhərində keçiriləcək Herti İdarəetmə Məktəbi və Bucerius Hüquq Məktəbi

2001-ci ildən etibarən Almaniya Hökumətinin Qafqaz Təşəbbüsü Cənubi Qafqaz ölkələri olan Ermənistan, Azərbaycan və Gürcüstan ilə ölkələrarası əməkdaşlığı təşviq etməkdədir. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin (BMZ) təlimatına əsasən 2017-cı ildə Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH regionun gənc hüquqşünasları üçün artıq 8-ci dəfə olaraq "Transformasiya hüquqşünasları – Hüquqi transformasiya üçün hüquqi dialoq" Regional Akademiyasına sponsorluq edir.

"Transformasiya hüquqşünasları" Regional Akademiyasının məqsədi - iştirakçılar arasında peşəkar dialoq və intensiv məlumat mübadiləsini dəstəkləyən elmi və praktiki bir mühiti bərqərar etməkdir.   Kurslar İngilis dilində keçiriləcəkdir.
 
Üç ölkədən olan 21 nəfərə qədər iştirakçılar: 
Cənubi Qafqazda hüquqi transformasiya məsələsi üzrə hüquqi dialoqa cəlb olunacaq; və
öz hüquqi bilik və praktiki bacarıqlarını inkişaf etdirəcəkdir.
 GIZ, böyük məmnuniyyətlə, Regional Akademiyanın təşkili istiqamətimdə tanınmış Hertie İdarəetmə Məktəbi (Berlin), eləcə də Bucerius Hüquq Məktəbi ilə əməkdaşlığını davam etdirir.
Regional Akademiya çərçivəsində aşağıdakı müxtəlif mövzular əhatə olunacaqdır:
 
•       mülki hüquq və ya presedent hüquq;
•       hüquqi metodologiya üzrə bacarıq təlimləri;
•       politologiya və qanunun aliliyi üzrə hüquqi əsaslara dair müzakirələr üçün platforma;
•       Avropa, ictimai və fərdi hüququ ilə əlaqədar seçilmiş sahələr üzrə intensiv təlimlər (məsələn, müəssisə hüququ və rəqabət hüququ);
•       praktiki kommunikasiya və təqdimat bacarıqları;
•       danışıqların aparılması məharəti və liderlik bacarıqları;
•       kəsişən məsələlər; məsələn, korrupsiyaya qarşı mübarizə və gender.
 
Hər üç ölkəyə aid olan hüquqi çağırışlar və məsələlər üzrə fəaliyyət Cənubi Qafqaz regionunda Almaniya ilə əlaqəsi olan beynəlxalq peşəkar şəbəkə formalaşdıracaqdır. Regional Akademiyada əldə edilən praktik təlimlər və beynəlxalq təcrübə iştirakçıları GİZ və təşkilatın gələcəkdə həyata keçirəcəyi hüquqi və ədliyyə islahatları tədbirləri ilə əlaqədar dəyərli əməkdaşa çevirəcəkdir.
Əldə edəcəkləri yeni səriştələri gündəlik fəaliyyətlərində tətbiq etməklə yanaşı iştirakçılar öz ölkələrində hüquq və ədliyyə sistemindəki islahatların genişləndirilməsində mühüm rol oynayacaqdır.
 
Regional Akademiya aşağıdakı profillər üzrə Cənubi Qafqazdan olan hüquqşünaslara hədəflənir:
 
•       hüquq sahəsində tam ali təhsil;
•       Cənubi Qafqaz ölkələrində, yəni Ermənistan, Azərbaycan və ya Gürcüstanda ən azı iki illik iş təcrübəsi;
•       mülki, kommersiya və ya administrativ hüquq sahəsində hüquqi və ədliyyə islahatlarında iştirak (vətəndaş cəmiyyəti, ictimai və ya özəl sektor);
•       24-35 yaş arasında olan şəxslər;
•       xarici hüquq konsepsiyalarına maraq;
•       İngilis dilini məqbul səviyyədə bilmək.
 
İki mərhələli seçim prosesi nəticəsində Cənubi Qafqaz ölkələrindən hər biri üzrə 7 iştirakçı olmaqla, ümumilikdə cəmi 21 nəfər iştirakçı seçilmişdir ki, onların da 10 nəfərini qadınlar təşkil edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 551   Tarix: 16 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021