Evlərin qiyməti ilə bağlı əhaliyə şad xəbər

Evlərin qiyməti ilə bağlı əhaliyə şad xəbər"Mənzil bazarında dollarla satılan daşınmaz əmlakların qiyməti ucuzlaşacaq. Manatla satılan mənzil bazarında isə durğunluq davam edəcək"

Bunu açıqlamasında daşınmaz əmlak eksperti Rəşad Əliyev hazırda mənzil bazarındakı durumu qiymətləndirərkən deyib.

Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında ən böyük dəyişiklik 2015-ci ildə olub:

"Çünki həmin ildə ölkədə iki dəfə devalvasiya baş vermişdi.2016-ci ildə mənzil bazarında şoklar (qiymət artımı və ya azalması) olsa da, 2015-ci ilə nisbətən sabit keçib. Bazarda bütün mənfi hallar 2015-ci ildə baş vermişdi. O ki qaldı hazırda daşınmaz əmlak bazarındakı vəziyyətə valyuta bazarında son 2-3 ayda baş verənlər bazara sözsüz ki, bu sahəyə mənfi təsirini göstərir. Bu da öz növbəsində alqı-satqı əməliyyatlarının azalmasına səbəb olub".

Rəşad Əliyev hesab edir ki, hazırda mənzil almaq istəyən şəxslərin əlində olan valyuta dollarladır. Onun sözlərinə görə, valyuta bazarında baş verən dəyişiklər artıq mənzil satanları bir növ qorxudub.

"Son dövrlərdə ən çox yaranan problemlərdən biri də alıcı ilə satıcı arasında baş verən "beh"ləşmə zamanı baş verir. Ev alqı-satqısı bir az uzun müddət çəkdiyindən və bəzi mənzillərin qiyməti dollarla olduğundan məzənnə dəyişdiyinə görə bəzən problemlərə səbəb olur. Bundan başqa ev alqı satqısı elə olur 6 ay çəkir və satıcı baxır ki, məzənnə dəyişir və uduza bilər. Bu səbəbdən də təşvişə düşür. 2016-cı ildəki durğunluğun səbəblərindən biri də o idi ki, satıcılar qorxuya düşüb, mənzilləri satmaqdan imtina edirdilər", – deyə ekspert əlavə edib.

2017-ci ildə mənzil bazarındakı qiymətlərin necə olacağı şərh edən R.Əliyev manatla bağlı ciddi nəsə olacağını proqnozlaşdırmağını deyib:

"Düşünmürəm ki, manat yenidən bahalaşsın. Dollar ifadəsində isə bu sözsüz ki, manatın məzənnəsindən asılı olacaq. Manatın məzənnəsi ucuzlaşmaqda davam etsə, dollarla ekvivalentin də qiymətlərin enməsini müşahidə edəcəyik. Düzdür, son zamanlara bizə bildirirlər ki, niyə görə qiymətlərə dollarla baxırsız? Hər şey manatla göstərilir, alqı-satqı da manatla aparırlır, amma siz yenə də dollarla təhlil aparırsınız. Söhbət odur ki, bazarın indukatorunda (bazarı müşahidə etmək üçün) dollarla aparılan təhlil bir sıra prosesləri daha aydın görməyə kömək edir. Bir sözlə, mənzil bazarında dollar satılan daşınmaz əmlakların qiyməti ucuzlaşacaq. Manatla satılan mənzil bazarında isə durğunluq davam edəcək".

Mənbə: A24.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7373   Tarix: 19 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel