Banklarda tutulan 1faizlik vergi qanunsuzdur – 6 FAKT

Banklarda tutulan 1faizlik vergi qanunsuzdur – 6 FAKTBankdan nağd qaydada pul vəsaitlərinin çıxarılmasına görə 1%-lik vergi tətbiqi qanunsuzdur. Sonxeber.az bildirir ki, bunu Fins.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərin ümumilikdə müsbət tərəfləri olsa da, amma bəzi vergi tətbiqləri ölkə konstitusiyasına və qanunlara ziddir. O cümlədən, buna bank hesablarında nağdlaşdırmaya görə 1% vergi tutulmasını aid etmək olar.
Ə.Həsənov bildirib ki, banklar buna qədər də nağdlaşdırmaya görə 1% komissiya haqqı tuturdu. 1%-lik vergi isə əlavə olaraq tutulur və dövlət büdcəsinə köçürülür. Bu verginin tətbiqinin qanunsuz olması ilə bağlı hələ ötən ilin dekabr ayında müəyyən fikirlər ortalığa çıxmışdı. Amma heç kəs bunu əsaslandıra bilməmişdi:"Mən bu məsələ ilə bağlı araşdırma apardım və bu qanun iqtisadi cəhətdən tamamilə əsassızdır, absurddur və qanunvericiliyə zidd olması ilə bağlı 6 fakt aşkarladım. Bununla bağlı artıq Vergilər Nazirliyinə də müraciət etmişəm və onlardan cavab gözləyirəm".

Nağdlaşdırmaya görə 1%-lik vergi Konstitusiyaya ziddir
Ekspert bildirib ki, birincisi, bu vergi qanuna uyğun şəkildə müəyyən edilməyib. Belə ki, Konstitusiyanın 73-cü maddəsinə görə, qanunda qeyd edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin maddədə göstərilir ki, heç kim qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. İlk növbədə konstitusiyanın bu prinsipi pozulub.
Belə ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən obyekt, subyekt təsbit edildiyi halda vergi müəyyən edilmiş hesab edilir. Bunlardan biri yoxdursa, qanunda nə yazılmağından aslı olmayaraq vergi yoxdur. Həmin maddəyə əsasən vergi ödəyicisi və vergitutma obyekti göstərilməlidir. Vergi Məcəlləsinin hər bir fəslində olduğu kimi sadələşdirilmiş vergi fəslində də verginin ödəyicisi, verginin obyekti, verginin dərəcəsi maddələri var. Amma 1%-lik vergi Məcəllənin sadələşdirilmiş vergi fəslindəki vergi ödəyicisi maddəsində, vergi tutma obyekti maddəsində sadalanmayıb. Bu vergi yalnız fəslin vergi dərəcəsi maddəsində xatırlanır. Sadəcə deyilir ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Amma vergi ödəyicisi maddəsində ödəyicilərin adı qeyd edilməyib. Dolayı yolla hesab olunur ki, hüquqi şəxslər və fərdi sahibkarlar vergi ödəyiciləridir. Bununla yanaşı vergitutma obyekti də maddədə öz əksini tapmayıb. Bu vergi ən azı digər vergilərin müəyyənləşdirildiyi qaydada qeyd edilməyib. Belə olan halda bu da konstitusiyaya ziddir.

Qanunda ödəmə mənbəyində tutulmalar sadələşdirilmiş vergiyə aid deyil
İkincisi, verginin ödəmə mənbəyindən tutulması qanuna ziddir. Halbuki, 1%-lik vergi məhz ödəmə mənbəyinə tətbiq edilir: "Yəni, mən pulu bankdan çıxarıb nağd şəkildə ödəmirəm. Pulu bank mənə ödəyəndə birbaşa vergi tutur. Bu da Vergi Məcəlləsinin yeni dəyişiklik edilən 150.1.12-ci maddəsində yer alıb. Bu maddənin yerləşdiyi fəsil fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olunan maddələr adlanır. Yəni, sadələşdirimiş vergi o fəslin predmeti deyil, orada bu vergidən söhbət gedə bilməz. Amma əksinə, daxil edilib".
Digər tərəfdən, Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən, vergi 3 formada tutula bilər- bilavasitə ödəmə mənbəyindən, bəyamnamə üzrə və bildiriş üzrə. Ekspert bildirib ki, bilavasitə ödəmə mənbəyindən vergi tutulması gəlir və mənfəət vergisinə aid edilib, orada sadələşdirilmiş verginin adı çəkilməyib. Nağdlaşdırmaya görə tətbiq edilən vergi isə hazırda ödəmə mənbəyində tətbiq edilir. Bu da qanunun özünə ziddir. Ə.Həsənov deyib ki, bununla bağlı Məcəllədə yenidən hansısa düzəlişlər aparıla bilər. Bununla belə dəyişiklər indiki dövrə deyil, qəbul edildikdən sonrakı müddətə aid edilə bilər.

Bu vergi ədalətsizdir
Üçüncü arqument isə ondan ibarətdir ki, bu vergi ədalətsizdir. Ekspert bildirib ki, Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Amma nağdlaşdırmaya görə tətbiq edilən 1%-lik vergi bu prinsiplərə uyğun deyil.
Konstitusiyanın 19-cu maddəsinə əsasən, ölkədə pulu ancaq Mərkəzi Bank buraxır. Mərkəzi Bank da pulu banklara komisyon haqq müqabilində verir. Banklar da bunu nəzərə alaraq nağdlaşdırma zamanı komisyon haqq çıxırlar. Konstitusiyanın digər maddəsində qeyd edilir ki, Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. Deməli, banklar da öz növbəsində nağd pul çıxarılanda tutulan komisyon haqqdan Mərkəzi Banka ödəniş edir. Bu o deməkdir ki, nağdlaşdırmaya görə, artıq bir dəfə dolayısı ilə dövlətə vergi verilib. Yenidən 1%-lik vergi tətbiqi o deməkdir ki, dövlət nağdlaşdırmaya görə 2 dəfə vergi tətbiq edir.
Ə.Həsənov əlavə edib ki, dövlət pul buraxmaqla onsuzda infilyasiyadan qazanır: " Yəni, dolayısı ilə vətəndaşlardan gizli vergi alır. Cibimizdə olan pulun dəyəri aybaay düşür. Bununla belə, yenidən nağdlaşdırmaya görə vergi tutulur. Digər tərəfdən, pul dövlət atributlarından biridir. Və mənəvi baxımdan atributla alver etməyin özü də etikadan kənardır".

Bu vergi diskriminasiya xarakterlidir
Nağdlaşdırmaya görə tətbiq edilən yeni vergi həm də diskriminasiya xarakterlidir. Vergi Məcəlləsinin 3.6-cı maddəsində bildirilir ki, vergilər siyasi, ideoloji, etnik və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilən və diskriminasiya xarakteri daşıya bilməz. Yəni, ödəyicilər arasında fərq qoymaqla vergi tutmaq olmaz. Bununla belə, fərdi sahibkardan nağdlaşdırmaya görə 1%-lik vergi tutulur, amma fiziki şəxslərə bu aid edilmir. Bu da vergi ödəyiciləri arasında fərq qoyulması deməkdir. Qanuna zidd olmaqla yanaşı, bu sahibkarı faəliyyətinə görə, əlavə vergi ilə cəzalandırılmaq anlamına gəlir. Halbuki, dövlət sahibkarlığa dəstəyin artırıldığını, onlara dəstək göstərilməsini qabardır.

Eyni vergi sahibkardan iki dəfə tutur
Hər bir fərdi sahibkar rüb ərzində bir dəfə Bakıda fəaliyyət göstərirsə 4%, paytaxdan kənarda isə 2% sadələşdirilmiş vergi ödəyir. Vergi Məcəlləsinin 3.5 maddəsində də bildirilir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən, gəlirdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Reallıq isə ondan ibarətdir ki, sahibkar eyni gəlirinə görə 2 dəfə vergiyə cəb edilir. Yəni, həm 4%-lik vergi, həm də nağdlaşdırmaya görə tətbiq edilən 1%-lik vergi sadələşdirilmiş vergidir. Bunun özü də qanuna zidd məqamlardan biridir.

İqtisadi əsaslandırılması yoxdur
Və nəhayət sonuncu fakt isə ondan ibarətdir ki, nağdlaşdırmaya görə vergi tətbiqinin iqtisadi əsasladırması yoxdur. Ə.Həsənov deyib ki, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Bəs iqtisadi əsaslandırma necə ola bilər? Vergi obyekti gəlirdir, ya vətəndaşın xərcindən tutulur, ya da əmlak vergisidir. Yəni, istənilən şəxs bu 3 növ üzrə vergiyə cəlb edilə bilər. Bu da yeni tətbiq edilən 1%-lik verginin həm də iqtisadi cəhətdən əsassız olduğunu göstərir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1560   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel