"Məni ərə verib, ikinci dəfə boşatmısınız" - Əməkdar artist

"Məni ərə verib, ikinci dəfə boşatmısınız" - Əməkdar artist"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı əməkdar artist Lalə Məmmədova olub.

İlk olaraq bədən quruluşunu normaya salıb xeyli dəyişən Lalə Məmmədova söhbətinə fanatlarından birinin ona ünvanladığı məktubla başlayıb:

"O gün bir xanım mənə məktub yazıb. Deyir ki, nə qəşəng arıqladız. Nə etdiz ki, belə olduz? Mən də uşaq olandan sonra kökəlmişəm. Deyirəm, uşağınızın neçə yaşı var? Deyir, altı aydır olub. Dedim, gedin uşağınızla məşğul olun. Arıqlamaq haqda hələ düşünməyin. Çünki uşaq dünyaya gətirən ana ilk növbədə övladını düşünməlidir. O uşaq sizdən xahiş etməyib ki, onu dünyaya gətirəsiniz".

Daha sonra sənətçi bədən quruluşu üçün çəkdiyi min bir əziyyətdən də söz açıb:

"Səhər yeməyimi normal yeyirəm. Qida rasionumdan çörəyi çıxarmışam. Kəpəkli çörəklə əvəzləmişəm onu. Axşam yağsız və duzsuz bişən qarabaşaq və ya bulqur, bir də qatıq yeyirəm".

Özünü olduğu kimi sevən, üzərində hansısa plastik əməliyyat olunmasını qətiyyən qəbul etməyən ifaçı fanatlarının da onu elə bu cür bəyəndiyini dilə gətirib:

"İnsan ilk növbədə özü özünü qəbul etməlidir. Mən özümü bu cür qəbul edirəm və razıyam. Dünyaca məşhur müğənni Barbara Streyzandın milyonları var, istəsə, burnunu da əməliyyat etdirə bilər. Mən bunun əleyhinə deyiləm . Ancaq o da bilir ki, həmin görkəmi ilə sevilir.

Baxın, burnum ideal deyil. Amma bir dəqiqəlik təsəvvür edin ki, bu burnun yerinə əməliyyat olunmuş balaca bir burun var. Maykl Ceksonun burnu kimi. Sevərsiz məni? Yox".

Lalə xanım onun haqqında ayaq tutub Marsa qədər gedib çıxan "ikinci evlilik" xəbərlərinə də aydınlıq gətirib:

"Deyəsən, artıq məni ərə veribsiniz? İkinci dəfə də boşatmısınız. Mən bu haqda heç nə danışa bilmərəm. Əvvəla, doğru xəbər deyil. Sadəcə sual verəndə ki ikinci dəfə ailə qurarsızmı, mən həmişə cavab verirəm ki, bilmək olmaz, qismət".

Evlilik üçün əməkdar artistin ətrafında pərvanə olub dövrə vuran adamlar çox olsa da, Lalə xanım hələlik heç bir təklifi qəbul etmədiyini də bildirib:

"Əslində mənim şikayət etməyə də haqqım yoxdur. Çünki ətrafımda məni sevən çox insan var. Hörmətlə, rəğbətlə ailə qurmaq istəyən çox adam var. Bunu hörmətsizlik kimi qəbul etməsinlər. Sadəcə olaraq, mən buna hələ hazır deyiləm. Hələ ki həyatımı yaşayıram. Sənətimlə məşğulam. Bir də ki, mənim üçün vacib uşaqlarımdır".

Ötən həftə "Bir sevgi" mahnısını fanatlarının ixtiyarına verən müğənni bir neçə gün sonra mahnının klip çəkilişlərinə start veriləcəyini də söyləyib:

"Bilirsiz də, həmişə bizi kamera önündə görürlər, ancaq kameranın arxasında nə baş verir, ondan xəbərsizdirlər. Klipdə bir sənət adamı olaraq çəkiləcəm. Orada sənətçi qadın obrazını yaradacam. Hər şeyi danışsam, maraqsız olacaq. Sonra bilərsiz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2531   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun ÖLÜM SƏBƏBİ BİLİNDİ

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb. O, -a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub:. "Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Biz

20 aprel
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20 aprel
.

"Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını..."

"Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır". OLAY yazır ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, müğənninin ölümü ilə bağlı kədərini dilə gətirib:. "Sonuncu danışığım qızının keçmiş həyat yoldaşını verilişdən uzaqlaşdırmağıml

20 aprel
.

Könül Kərimova TANINMAZ HALDA - FOTO

Əməkdar artist Könül Kərimova saç düzümündə dəyişiklik edib. xəbər verir ki, sənətçi bununla bağlı "Instagram"da paylaşım edib. Qısa kəkil kəsdirən Əməkdar artist izləyicilərinə sual da ünvanlayıb:. "İndi deyin, mənə bu saç düzümü yaraşır, ya yox

21 aprel
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. Sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətləri ilə qonaqların diqqətini çəkiblər. Aygün Namiqi

22 aprel
.

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb. bildirir ki, mərhum sənətçi anasının yanında dəfn olunub. 16:06. Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb. bildirir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır

20 aprel
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19 aprel
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22 aprel
.

Cavanşir Məmmədovun "dodaq uçuqladan" sərvəti GÖRÜN KİMƏ MİRAS QALACAQ? - VİDEO

"1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam". -a istinadən xəbər verir ki, bu sözləri "Xəzər" TV-də yayımlanan verilişlərdən birində Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni maddi imkanı yaxşı olduğunu bildirib və mal varlığını açıqlayıb:. "Mən kiminsə pulun

21 aprel