Facebook və YouTube-a girişdə niyə problem yaranıb? - Osman Gündüz danışdı

Facebook və YouTube-a girişdə niyə problem yaranıb? - Osman Gündüz danışdı"Qlobal resurslara girişdə problem olması müəyyən yenilənmə işlərinin, yeni xidmətlərin işə salınması ilə əlaqədar ola bilər".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli İnternet Forumunun sədri, müstəqil ekspert Osman Gündüz ötən gün YouTube-da yaranan giriş probleminin ardından bu gün də sosial şəbəkə nəhəngi Facebookun eyni problemlə üzləşməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, zaman-zaman qlobal resurslarda girişlə bağlı problemlər olur. Biz müşahidə edirik ki, həm facebook həm də digər qlobal resurslar arasında müəyyən rəqabət gedir. Biri digərininin funksiyalarını ələ keçirmək istəyir. Düşünürəm ki, yeni xidmətlərlə bağlı yaranan problemlərdir. Bu məsələ ilə bağlı qurumun rəhbərləri problem ciddi olanda açıqlama verirlər.

"Düşünmürəm ki, sosial resurslarda yaranmış problem hansısa hücum yaxud məhdudlaşma ilə bağlı olsun. İstənilən halda qurumun rəhbərləri məsələ ilə bağlı açıqlama versələr yaxşı olardı. Lakin, burada ciddi problemin ola biləcəyini hesab etmirəm. Bu cür qlobal resurslar müxtəlif ölkələrdə olan serverlərə yerləşdirilir. Əsas resurslar səpələnmiş halda olur. Ola bilsin ki, müxtəlif ölkələrdə olan böyük şirkətlərin resurslarına girişdə müəyyən problemlər olub", O. Gündüz deyib.

Qeyd edək ki, dünən YouTube-da yaranan giriş probleminin ardından bu gün də sosial şəbəkə nəhəngi Facebook eyni problemlə üz-üzə qalıb.

Dünən axşam YouTube-a giriş təxminən 1 saat mümkün olmayıb. Sayta girmək istəyən istifadəçilər "500 Internal Server Error" səhvi ilə qarşılaşıblar. İndi də ölkəmizdə bir o qədər hiss edilməsə də Avropanın bir sıra ölkələrində Facebook-a girişdə problem yaranıb.

Türkiyədə və ABŞ-da hiss edilməyən bu problem, xüsusilə xəbər lentinin işləməməsi ilə müşahidə olunur. Avropanın bir sıra ölkələri ilə yanaşı, Asiya və Uzaq Şərq ölkələrində bənzər problemlər müşahidə olunmaqdadır.

Problemlə əlaqədar Facebook tərəfindən bu dəqiqəyə kimi heç bir açıqlama verilməyib. Yaranan problemin səbəbi də bu dəqiqəyə qədər məlum deyil.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1221   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021