Prezident: "Azərbaycan-İtaliya əməkdaşlığı hazırda ən yüksək səviyyədədir"

Prezident: "Azərbaycan-İtaliya əməkdaşlığı hazırda ən yüksək səviyyədədir"Azərbaycan prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşü olub.

Prezident İlham Əliyev İtaliyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında fəal iştirakının əhəmiyyətinə toxunub.

Dövlət başçısı bildirib ki, bu, müxtəlif sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımızın daha bir göstəricisi olmaqla yanaşı, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla həyata keçirilməsi baxımından da çox əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığa dair Bəyannamənin qəbul edildiyini deyən prezident İlham Əliyev diqqətə çatdırıb ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.

Karlo Kalenda isə ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlət başçısına minnətdarlığını çatdırıb. O, bu mühüm tədbirdə İtaliyanın bir sıra şirkətlərinin nümayəndələrinin də iştirak etdiklərini vurğulayıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əhəmiyyətli layihələrin icra edildiyini bildirib.

Qonaq İtaliyanın baş naziri Paolo Centiloninin ötən ilin sonunda xarici işlər və beynəlxalq əməkdaşlıq naziri kimi Azərbaycana səfərini xatırlayıb.

Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.

Diqqətə çatdırılıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı zamanı SOCAR ilə həmin şirkət arasında əməkdaşlığa dair memorandum imzalanacaq./APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 495   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021