Azərbaycanlı məmurun evində FACİƏ - Gəlini, həyat yoldaşı və nəvələri öldü- YENİLƏNİB

Azərbaycanlı məmurun evində FACİƏ - Gəlini, həyat yoldaşı və nəvələri öldü- YENİLƏNİBBu gün Lerik rayonunun Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sağ çıxmış yeganə şəxs olan 1 yaşlı Elcan xəstəxanaya yerləşdirilib. Lent.az xəbər verir ki, ağır yol şəraiti səbəbindən hadisədən xeyli sonra tibbi yardım göstərilən körpə Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin iştirakı ilə kənddən rayon mərkəzinə gətirilib və artıq müayinələrə başlanılıb.

*****

16:48

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ağır xəsarət alan 1 yaşlı oğlan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılır. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev Lent.az-a bildirib ki, artıq körpə kənddən götürülüb: "Hazırda rayon mərkəzinə qayıdırıq. İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Bununla belə, dərin müayinələr aparılmalıdır. Uşaq bir neçə gün xəstəxanada qalmalıdır".

Baş həkim bildirib ki, hadisə vaxtı ailənin 4 üzvü ölsə də, 1 yaşlı Elcan beşikdə olduğundan və qalın bələndiyindən sağ qalıb.

Kəndə gedən yolun bəzi hissələrində qarın qalınlığının 2 metrə çatdığını deyən baş həkim hadisə vaxtı ev sahibinin və oğlunun tövlədə heyvanlara baxdığını və bu səbəbdən sağ qala bildiklərini əlavə edib: "Evin arxa hissəsi dağa söykənmiş vəziyyətdədir. Buradakı qalın qar kütləsi ağırlığını evin üzərinə salıb və uçqun baş verib".

Baş həkim bildirib ki, vəfat edən şəxslər bu gün dəfn ediləcək.

*****

15:25

Bu gün Lerik rayonunun Orand kəndində dəhşətli hadisənin baş verdiyi yerə tibb işçiləri və polisin gəlib çatması hələ də mümkün olmayıb. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev Lent.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı iki təcili tibbi yardım briqadası ayrılıb: "Mən özüm də yoldayam, kəndə çatmağımıza təxminən 1 kilometr qalıb. Yolu texnika təmizləyir və tezliklə kəndə çatacağıq".

Baş həkim bildirib ki, kənddəki tibb işçisi ilə daimi əlaqədədirlər: "Biz onlarla tez-tez əlaqə saxlayırıq, xəsarət almış uşağın vəziyyəti orta-ağırdır. Lazımi məsləhətlər vermişik və kəndə çatandan sonra uşağı özümüzlə xəstəxanaya gətirəcəyik".

Qeyd edək ki, bu gün səhər saatlarında Lerikin Orand kəndində baş vermiş qar uçqunu nəticəsində kənd sakini Əhliman Mustafayevin evi dağılıb və onun həyat yoldaşı, gəlini və 2 körpə nəvəsi vəfat edib. Ə.Mustafayevin 1 yaşlı nəvəsi Elcan isə xəsarət alıb.

*****

13:30

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ölən 4 nəfərin adları dəqiqləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib.

Ev sahibinin 2016-ci ildə anadan olmuş digər nəvəsi Mustafayev Elcan Zöhrab oğlu isə ağır vəziyyətdə uçqun altından çıxarılıb. Onun yaşamaq şansının olduğu bildirilir.

Qeyd edək ki, polis və təcili yardım əməkdaşları qalın qar örtüyü səbəbindən hələ də hadisə yerinə çata bilməyib. Kənd sakinlərinin köməkliyi ilə meyitlər dağıntılar altından çıxarılıb.

*****

13:21

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə yerinə polis və xilasedicilərin çatması hələlik mümkün olmayıb. Kənd sakinləri Lent.az-a bildiriblər ki, yollar qalın qar örtüyü ilə örtüldüyündən hələ də hadisə yerinə rayon mərkəzindən gəlib çatmaq mümkün olmayıb. Kənd sakinləri ölən şəxslərin meyitinin dağıntılar altından çıxarılmasına çalışır.

Orand kəndində hazırda 1 metrə yaxın qar var.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi ölüb.

*****

13:02

Lerik rayonunda qar uçqunu baş verib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

Mənbə: lent.az

Azərbaycanlı məmurun evində FACİƏ - Gəlini, həyat yoldaşı və nəvələri öldü- YENİLƏNİBAzərbaycanlı məmurun evində FACİƏ - Gəlini, həyat yoldaşı və nəvələri öldü- YENİLƏNİBAzərbaycanlı məmurun evində FACİƏ - Gəlini, həyat yoldaşı və nəvələri öldü- YENİLƏNİB


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 10629   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay

21 aprel
.

Gürcüstanda soydaşımız qətlə yetirilib: Sinəsinə 11 bıçaq zərbəsi vurulub - VİDEO

Gürcüstanda soydaşımız qətlə yetirilib. Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib. Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb. Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsind

21 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel
.

2 ildir COVID-dən əziyyət çəkirdi, öldü

Hollandiyada təqaüdçü iki ilə yaxındır ki, koronavirusdan əziyyət çəkir. xarici KİV-ə istinadla bildirir ki, bu müddət ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, 50-dən çox mutasiyadan xilas olan kişinin bədənində virus daha güclü olub. "Daily Star" kədərli dünya rekordu haqqınd

20 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Kürdə batan Səmanın meyiti tapıldı

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu

21 aprel