Azərbaycanlı vəzifəli məmurun uçqun altında qalan ailəsindən son məlumat - Bir körpə sağ çıxarıldı

Azərbaycanlı vəzifəli məmurun uçqun altında qalan ailəsindən son məlumat - Bir körpə sağ çıxarıldıLerik rayonunda qar uçqunu altında qalaraq öənlərin meyitləri çıxarılıb.

Bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.

O bildirib ki, qar yığını kənd sakini Əhliman Mustafayevə məxsus evin üzərinə düşüb: "Qar uçqunun altından 4 meyit, 1 nəfər isə sağ olaraq çıxarılıb. Onlardan ikisi qadın, ikisi isə az yaşlı uşaqlardır. Ölənlər ev sahibi Əhliman Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsidir. 3-cü nəvəsi isə sağ çıxarılıb".

Habil Məlikov havanın pis olması səbəbindən rayonun bütün rəhbər şəxlərinin hələ də kəndə gedib çata bilmədiklərini qeyd edib: "Hazırda yoldayıq. Kəndə getmək çətindir. Rayonun bütün rəhbər şəxsləri hadisə yerinə gedir. Rayon icra başçısı Rövşən Bağırov da hazırda yoldadır.

Ümumiyyətlə, Orat kəndi Lerikin İranla sərhəddə yerləşən ən ucqar kəndidir. Hazırda Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar yolların təmizlənməsi və bizim həmin əraziyə getməyimiz üçün müəyyən işlər aparır".

Qurum rəsmisi onu da əlavə edib ki, kəndə çatdıqdan sonra meyitlərin dəfni ilə məşğul olacaqlar.

Qeyd edək ki, Orat kəndi dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir.

Onu da bildirək ki, bu gün Lerik rayonunda qar uçqunu olub. Nəticədə bir ailənin 4 üzvü ölüb. Onu da bildirək ki, qar uçqununun altında qalan ev Orant kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.

...

Qar uçqununa məruz qalan evdə Qasım və Zöhrab Mustafayev qardaşları ailələri ilə birgə yaşayıblar. İstiPress-in cənub bürosunun əldə etdiyi ən son məlumatlara görə, uçqun nəticəsində ölənlər bunlardır:

1. Qaynana - 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva;

2. Gəlin - 1994-cü il təvəllüdlü İlahə Mustafayeva;

3. 2015-ci il təvəllüdlü Zəhra Qasımqızı;

4. 2016-cı il təvəllüdlü Uğur Qasımov.

Qar altından qalan evdən bir nəfər sağ çıxarılıb. Bu, 2016-cı il təvəllüdlü Elcan Zöhraboğludur. Qeyd edək ki, artıq meyitlər qarın altından çıxarılıb. Məlumat üçün bildirək ki, hadisə baş verən vaxtı qardaşlar və ataları həyətdə olublar. Onların yaşadığı Orand kəndi Lerikin ən ucqar yaşayış məntəqəsidir.

Mənbə: BakiPost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3050   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021