Son dəqiqə: Vasif Talıbov Ali Məclisi topladı - Konstitusiyada dəyişiklik edildi

Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzerTac-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsini ixtisarla təqdim edirik:

"Hörmətli deputatlar və sessiya iştirakçıları!

Heydər Əliyevin quruculuq strategiyasına dönmədən əməl olunması nəticəsində ölkə, eləcə də muxtar respublika iqtisadiyyatında dinamik inkişaf meyilləri qorunub saxlanıb. Yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olub. Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilib, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilib, ekoloji vəziyyət sağlamlaşdırılıb, sosial infrastruktur layihələri həyata keçirilib.

Aparılmış təhlillərdən aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur. Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunmuş çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır.

Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan yeni istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdirilməlidir. Layihələr seçilərkən keyfiyyət amili diqqətdə saxlanılmalı, qabaqcıl texnologiya ilə işləyən müəssisələrə üstünlük verilməlidir. Nazirlik çalışıb ona nail olmalıdır ki, sahibkarlıq subyektlərinə verilmiş kreditlər təyinatı üzrə istifadə edilsin, istehsal müəssisələrində məhsulun keyfiyyətinə xələl gətirmədən onun maya dəyərinin aşağı salınması üçün mütərəqqi üsulların tətbiqinə diqqət artırılsın.

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsas sahəsi kimi hər zaman diqqət mərkəzindədir. Tapşırıq verilmişdir ki, məhsuldarlığın artırılmasında rayonlaşmanın çox böyük əhəmiyyəti nəzərə alınaraq əkin atlasları tərtib olunsun və aidiyyəti üzrə yerlərə göndərilsin. Lakin araşdırmalar göstərir ki, yerlərdə məhsul istehsalçıları ilə maarifləndirmə tədbirlərinin zəif təşkili nəticəsində atlaslardan lazımi səviyyədə istifadə edilmir.

Sonra sessiyada "Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırıb.
Son dəqiqə: Vasif Talıbov Ali Məclisi topladı - Konstitusiyada dəyişiklik edildiSon dəqiqə: Vasif Talıbov Ali Məclisi topladı - Konstitusiyada dəyişiklik edildi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2962   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021