Trampın İrəvanı səksəkəyə salan "Ermənistan PLANI"

Trampın İrəvanı səksəkəyə salan "Ermənistan PLANI""ABŞ və Avropa İttifaqı Cənubi Qafqaza Baltik və Qara dənizləri arasındakı dövlətlərlə bağlı müəyyən edilmiş siyasi-geoiqtisadi blokun tərkibində baxmağa üstünlük verir. Bu, ona gətirib çıxarır ki, Cənubi Qafqaz Şərqi Avropa ölkələri siyasətinin tərkibinə daxil olur. Və bu gün Cənubi Qafqazda ən pis siyasi vəziyyətdə olan ölkə Ermənistandır".
Bu barədə erməni politoloq İqor Muradyan ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz və Ermənistanla bağlı planlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan Avropa İttifaqı və NATO-nun marağındadır: "Artıq bu regiona ABŞ-ın lokal layihələri üzrə yox, qlobal planlar çərçivəsində yanaşılır. Gürcüstanın NATO-ya daxil olması çətin görünsə də, Ukrayna ilə bağlı veriləcək qərar bu prosesi də sürətləndirə bilər. Azərbaycan öz balans siyasətinə üstünlük verir. Ermənistan isə Rusiyadan asılı müstəmləkədir və beynəlxalq təcrid vəziyyətinə düşmüş vassaldır. NATO və Qərb bizim ölkəyə nə siyasi, nə də müdafiə sahəsində dəstək verir. Sadəcə olaraq, Qərbdən kredit yardımlarının hesabına Ermənistan ayaq üstə dayana bilib".

İ.Muradyan əlavə edib ki, Ermənistan "aprel müharibəsi"ndə öz zəifliyini nümayiş etdirdi.

"Lakin müharibədə açıq məğlubiyyətdən sonra belə Ermənistanda NATO və Avropa İttifaqına inteqrasiya haqda düşünmürlər. Artıq ABŞ-ın yeni administrasiyasını əvvəlkilər kimi Ermənistanın Avropaya inteqrasiya maraqlandırmır. Ermənistan bunu anlamalıdır. Çünki gec-tez hazırkı alçaldıcı vassallıqdan çıxmaq və ciddi siyasi oyunlarda iştirak etmək lazım olacaq", - deyə o bildirib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4269   Tarix: 24 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel