Sarkisyan var qüvvəsi ilə Putinə yalvaracaq – Moskva səfərində GİZLİ MƏQSƏD

Sarkisyan var qüvvəsi ilə Putinə yalvaracaq – Moskva səfərində GİZLİ MƏQSƏDErmənistan prezidenti Serj Sarkisyanın Moskva səfərinə hazırlıq gedir.
Bu barədə Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında açıqlama verib.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların dalana dirənməsi fonunda Ermənistan prezidentinin Moskva səfəri diqqət çəkir. Lakin ən maraqlı məqam bu dəfə Sarkisyanın Putin tərəfindən çağırılmadığı, əksinə Ermənistan prezidentinin öz təşəbbüsü ilə səfər etmək istəyidir. Nalbandyanın Moskvada Sarkisyanın səfərini Lavrovla müzakirə etməsi və "prezidentimizin səfəri ilə bağlı ciddi hazırlıq işləri aparırıq" deməsi də bunu göstərdi. Deməli, Sarkisyanın Putindən istəkləri var və çox güman ki, bu Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı ola bilər.

Erməni jurnalist Musa Mikaelyanın fikirləri bu kontekstdə maraqlıdır.

Mikaelyan yazır ki, Sarkisyanın səfərinin aprelin 2-də keçiriləcək parlament seçkilərindən əvvəl, yoxsa sonra baş tutacağı hələlik bilinməsə də, bu səfər daha çox Ermənistandakı siyasi proseslərlə bağlı ola bilər: "Sarkisyanın gözlənilən Moskva səfəri faktiki olaraq baş nazir Karen Karapetyanın yanvar ayında Rusiyaya səfərinə cavab olacaq".

Qeyd edək ki, "Qazrprom"un keçmiş əməkdaşı Karen Karapetyanın Rusiya tərəfindən məhz Sarkisyanı əvəzləmək üçün Ermənistana baş nazir göndərildiyi ehtimal olunur.

Erməni jurnalist qeyd edir ki, Karapetyanın Moskvada qəbul edilməsi Sarkisyan üçün güclü rəqibin formalaşdığını göstərir və onun gələcəyi üçün təhlükə yaradır.

"Karapetyan Moskva tərəfindən Sarkisyanın "varisi" olaraq "taclandırılmayıb". Lakin bu dəqiqdir ki, ona ciddi dəstək verilir və bu dəstəyin sayəsində Karapetyanın Ermənistan daxilində siyasi çəkisi ağırlaşıb. Sarkisyan Moskvaya səfəri zamanı bu çəkini yüngülləşdirməyə çalışacaq. Çünki onun varisi Viqen Sarkisyandır. Görünür, o, varisini saxlamaq və gələcəyini təmin etmək üçün Putindən xahiş edəcək", - deyə Mikaelyan vurğulayıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2118   Tarix: 24 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021