Əhaliyə şad xəbər! "Yeni..."
Azərbaycan bir əsrdən çox müddət ərzində qabaqcıl neft ölkəsi kimi tanınsa da, hazırda təbii qaz satışından əldə olunan gəlirlər neft ixracına çatmaqdadır.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Natural Gas World" (NGW) jurnalına bildirib.
O qeyd edib ki, neft-kimya məhsullarının ixrac payı artmaqda davam etsə də, 2020-ci illərin ortalarında Azərbaycanın dövlət xəzinəsinə qazdan daxil olacaq gəlirlər neft gəlirləri ilə bərabərləşəcək.
Azərbaycan 2021-ci ilə qədər qaz ixracına "Şahdəniz" yatağının ikinci fazasından hər il 16 mlrd. kubmetr əlavə etməyi planlaşdırmaqla yanaşı, xüsusilə ölkədən kənarda neft-kimya, neft emalı, boru kəməri və LNG (mayeləşdirilmiş təbii qaz-Liquified Natural Gas) layihələrini genişləndirməyə də davam edir.
"Növbəti on il ərzində Azərbaycan özünün hazırkı qaz layihələrinin reallaşması, onların genişlənməsi və yeni qaz layihələrinə start verilməsi istiqamətində bir sıra addım atacaq.
Buna əlavə, qaz emalı və neft-kimya zavodlarının istismara verilməsi və qazla işləyən yeni sənayenin yaradılması fəaliyyətimizin digər mühüm tərəflərini təşkil edir.
Yeni qurulmuş zavodlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək, yeni iş yerləri açılacaq, kiçik və orta biznesin inkişafını stimullaşdıracaq", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan neft gəlirlərinin ixracdakı payının 13,5% azalması fonunda qaz ixracından gələn gəlirlərin payını 2012-ci ildəki 2,7%-dən ötən il 10,6%-ə yüksəldib.
R.Abdullayev deyib: "Biz 2030-cu ilə qədər daha perspektivli "Şahdəniz-3" layihəsini də həyata keçirəcəyik. "Şahdəniz-3" dənizdə yerləşən yatağın işlənilməsinin ən böyük mərhələsidir.
Təbii qazın istehsal payının artırılması ilə yanaşı, neft və qaz emalının, kimya məhsullarının təkmilləşdirilməsi Azərbaycanda daha sabit gəlir və davamlı inkişaf üçün şərait yaradacaq, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verəcək.
Mənbə: report.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3559 Tarix: 24 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021