Azərbaycanda siqaret ucuzlaşdı
İsveçrə, Serbiya, İtaliya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadan Azərbaycana gətirilən müxtəlif markalı siqaretlərin qiymətində ucuzlaşma müşahidə edilib.
Bu ilin yanvar ayının 18-dən etibarən Azərbaycanda tütün məmulatlarının nağd şəkildə topdan satışı qadağan edildikdən sonra ölkəmizdə istehsal edilən siqaretlərin qiymətində kəskin artım müşahidə edildi. Bundan bir neçə gün sonra yerli siqaretlərin satışında 10 qəpik ucuzlaşma nəzərə çarpsa da, hazırda əvvəlki illərlə müqayisədə qiymət artımı üstünlük təşkil edir.
Bu ilin yanvar ayının 18-dən etibarən Azərbaycanda tütün məmulatlarının nağd pulla topdan satışının qadağasından sonara xarici siqaretlərin qiymətində də eyni tendensiya ilə artım müşahidə edildi.
Mütəxəssislər xarici siqaretlərin qiymət artımını dolların kursunun manata nisbətən bahalaşması ilə əlaqələndirirlər.
Son günlər İsveçrə, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana idxal edilən xarici siqaretlərin qiymətində 10 qəpik ucuzlaşma müşahidə edilir.
Ucuzlaşma ən çox Serbiya və Birləşmiş Ərəb Əmirliklərindən daxil olan siqaret marklarında özünü göstərir.
Məsələn, Belqrad istehsalı olan "De Santis" (kompakt) , Rusiyaya məxsus "NZ" (nazik), Birləşmiş Ərəb Əmirliklərinin "Mond"(kompakt) siqaretlərinin satışında 10-20 qəpik ucuzlaşma özünü göstərir. Sözügedən markalı siqaretlər şəhərin müxtəlif dükanlarında 1.80-1.70 AZN-ə satılırdısa, hazırda bunların qiyməti 1.60 AZN təşkil edir.
Əvvəllər "MarLBoro" (Rusiya) 3.50AZN idisə, hazırda 3 manat, 5 manat olan "MarLBoro"nun (İsveçrə) qiyməti hazırda 4.50 AZN təşkil edir./unikal
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3901 Tarix: 24 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşÖldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR
Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat
19 aprelSabah 30° isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe
20 aprelƏrzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video
Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah
20 aprelXankəndidə tapança, avtomat və qumbaralar tapılıb
Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara
20 aprelBu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini
20 aprel