Goranboyda direktor QALMAQALI - "Səkkiz müəllimi"...

Goranboyda direktor QALMAQALI - "Səkkiz müəllimi"...Goranboy rayon Nizami kənd orta məktəbinə yeni təyin olunan müvəqqəti direktor müəllimlərin dərs saatlarını azaldıb.
Bunu məktəbin tarix müəllimi Səbinə Tağıyeva deyib.
Onun sözlərinə görə, ötən il noyabr ayından direktoru əvəz edən Alpout kəndindən olan Mədət Qurbanlı məktəbə gələndən bir sıra problemlər yaranıb: "Ötən ildən məktəbimizdə direktor vəzifəsi boşdur. Bu müddət ərzində 6 direktor təyin edilib. Sonuncu təyin olunan direktor Mədət Qurbanlı öz istəyinə uyğun olaraq məktəbdə dəyişikliklər edir. Belə ki, məktəbimizdə sinif çatışmazlığı olduğundan dərslər iki növbəli keçilirdi. Yeni direktor isə emalatxananı və katibənin otağını ləğv edib, onları sinif etdi. Beləliklə siniflərin sayını artırdı. Hamı bir növbədə dərs keçdi. Bu da məktəbdə seçmə fənlərin tədrisinə təsir göstərib. Çünki məktəbdə 12 sinif otağı var. Bu da seçmə fənləri keçmək üçün sinif çatışmazlığına səbəb olub. Seçmə fənlərlə bağlı tələbə görə, siniflər bölünməli şagirdlərə ayrı siniflərdə dərs keçilməlidir. Şagirdlər hansı fənnin daha çox tədris edilməsini seçirdilər. Ona uyğun da məktəbdə siniflər həmin dərslərdə bölünürdü. Əgər seçmə fənn 10-cu sinifdə tədris edilibsə, 11-ci sinifdə də varislik saxlanılmalıdır. İkinci yarımildən bu dəyişikliyin edilməsini qanunsuzluqdur. Direktorun bu addımı atmasında əsas səbəb öz kəndindəki dərslərini də rahatlıqla keçə bilməsidir. Düzdür, indi Alpoutda dərslərinin olmadığını deyir, amma yeganə məqsədi öz rahatlığıdır".
S.Tağıyeva deyir ki, direktorun bu addımından sonra yaranan sinif çatışmazlığı 8 fənn müəllimini üz-üzə qoyub: "Sırf məktəb bir növbəli olsun deyə direktor 15 saat dərsi ləğv etdi. Heç bir müəllim dərs saatının azalmasını istəmir, çünki birbaşa maaşın azalması deməkdir. Hər kəs seçmə fənn kimi öz fənninin saxlanmasını istəyir. Ona görə də 8 fənn üzrə müəllimlər üz-üzə qalıb, hamı öz fənninin saxlanmasını tələb edir. Bu şikayətlər təkcə mənim fikrim deyil, müəllimlər hamısı narazıdır.
Bu barədə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə müraciət etdik. Onlar da məsələnin araşdırılmasını Təhsil şöbəsinə tapşırdılar. Şöbənin əməkdaşları bizimlə görüşündə seçmə fənlərin tədrisinin vacib olduğunu, məktəbin təkrar iki növbəli sistemə keçməli olduğunu dedilər. Lakin direktorla görüşdən sonra fikirlər dəyişdi. İndi məktəbin bir növbədə saxlanması barədə qərar verilib. Halbuki, sinif otaqlarının sayı normal olsa, məktəb seçmə fənnin tədrisi ilə bağlı bütün tələblərə cavab verir. Hər sinifdə şagirdlərin sayı minimum 18 olmalıdır ki, bizdə də ondan aşağı deyil".
Müəllim deyir ki, məktəbə yeni direktorun təyin edilməsi aprel ayında gözləniləndir.
Məsələ ilə bağlı gün ərzində dəfələrlə Goranboy rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Müəllimlərin şikayətini biz də bir daha Təhsil Nazirliyinə ünvanladıq. Təkrar araşdırmadan sonra nəticə barədə məlumat verəcəyik.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1572   Tarix: 24 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

20 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel