Əsgərlərimiz İrəvanı bir-birinə VURDU: Sarkisyan küncə sıxışdırıldı, Qarabağ SİRLƏRİ AÇILIR

Əsgərlərimiz İrəvanı bir-birinə VURDU: Sarkisyan küncə sıxışdırıldı, Qarabağ SİRLƏRİ AÇILIRDağlıq Qarabağda gərginliyin davam etdiyi vaxtda Ermənistanın "aprel müharibəsi"ndə məğlub olmasının səbəbləri yenidən gündəmə gəlib.

Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı "aprel məğlubiyyəti"nin əsas səbəbinin hərbi texnikanın normal işləməməsi olduğunu deyib.

O, ordunun keçmiş rəhbərliyini – Seyran Ohanyanı ittiham edib və bildirib ki, dizellə ağ neftin qarışığı tökülən hərbi texnikanın yanacağı bərpa olub. Ermənistanın baş naziri ordu rəhbərliyini xəyanətdə ittiham edib.

Seyran Ohanyan isə cavabında hakimiyyəti bütün sirləri ifşa etməklə hədələyib.

"Jamanak" qəzetinin məlumatına görə, keçmiş müdafiə naziri müvafiq kanallarla hakimiyyətə çatdırıb ki, lazım olarsa, ordudakı özbaşınalıq, rüşvətxorluq və digər məqamlarla bağlı bütün sirləri açacaq.

"Ordunun ağ neft ehtiyacını Ermənistana Narseq Beqlaryan gətirir. Ohanyan deyib ki, əgər yanacaq məsələsini onun üzərinə atacaqlarsa, o, bütün günahkarların adlarını bir-bir açacaq", - deyə qəzet yazıb.
Erməni siyasi ekspert Samvel Ohanesyan "armenianreport" saytında yayımlanan məqaləsində Ermənistanın siyasi-hərbi rəhbərliyini tənqid edərək, "aprel məğlubiyyəti"ndə hamısının günahı olduğunu yazıb.
"Ordudan həmişə oğurlayırdılar, indi də oğurlayırlar və bu, davam edəcək. "Aprel döyüşləri"ndən sonra ölən əsgərlərin yaxınları danışırdı: "Tanklara yanacaq yerinə su tökülürmüş". "Döyüş sursatları yox idi". "Gülləkeçirməz jiletlər yox idi". Maraqlıdır ki, Ermənistanın başında dayananlar niyə bu problemlər haqqında indi danışır? Bunun cavabı sadədir: məğlubiyyəti Ohanyanın belinə yükləmək üçün. Beləliklə, onu hakimiyyəti kəskin tənqid etməsinə görə cəzalandırmaq niyyətindədirlər. Burada məqsədim Ohanyanı müdafiə etmək deyil. Hamımız bilirik ki, Azərbaycan Ordusu apreldə 800 hektar ərazini (əslində 2 min hektar ərazi işğaldan azad edildi, lakin, Ermənistan rəhbərliyi bunun miqyasını kiçildir – red.) azad etdi. Hamı onu da bilir ki, orduda acınacaqlı vəziyyət hökm sürür. Lakin o da dəqiqdir ki, bu vəziyyət Ohanyanın istefaya göndərilməsindən sonra başa çatmadı və bu gün də davam edir", - deyə ekspert yazıb.

S.Ohanesyan qeyd edib ki, Ohanyan müdafiə naziri olanda dövlət əmlakını oğurlayır və talançılıqla məşğul olurdu: "Necə ki, bütün sistem eyni işlə məşğuldur. Hətta o, öz yanında arvadına da iş vermişdi. Sadəcə olaraq, həmin vaxt rəhbərliyə qarşı çıxmırdı. Göründüyü kimi, sistem belə işləyir: məmura oğurlamağa icazə verirlər, lakin onun haqqında məlumatları da əldə saxlayırlar. Nə vaxt rəhbərliyə qarşı çıxsa, materialları ortaya atılır. Maraqlıdır ki, həmin vaxt heç kim ordudakı oğurluqlarla mübarizə aparmırdı, nə Serj Sarkisyan, nə indiki müdafiə naziri Viqen Sarkisyan, nə də Karen Karapetyan. Əslində bu "dəstənin" arasında heç kim yaxşı deyil. Sadəcə olaraq, gəmi artıq deşilib və buna görə kimsə cavab verməlidir. Siçovullar gəmini yavaş-yavaş tərk edir".

Erməni ekspert ordunun hazırda da acınacaqlı vəziyyətdə olduğunu, oğurluqların indi də davam etdiyini yazıb: "Artıq ikinci dəfə məğlubiyyət yaxınlaşır".

Qeyd edək ki, Azərbaycan Ordusunun dünən erməni hərbi birləşmələrinə cavab atəşindən sonra Ermənistanda ciddi təşviş yaranıb.

Belə ki, ordumuz erməni hərbi biləşmələrinin dayaq məntəqəsini, hərbi texnikasını və mövqelərimizə soxulmağa çalışan diversiya qrupunu məhv edib.

Bu zərbələrdən sonra Ermənistanda ordunun acınacaqlı vəziyyətdə olması haqda tənqidlər səslənib.

Ermənistan prezidenti Serj Sarkisyan isə Azərbaycan Ordusunun zərbələrindən sonra çıxış edərək, "biz müharibə istəmirik" deyib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 15048   Tarix: 03 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel