Azərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullar

Azərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullaron illərdə şou-biznesdə əksər xanım sənətçilər arıqlamaqları ilə gündəmə gəlirlər. Onlar arasında təbii yolla, yəni pəhriz saxlayıb idman edənlər əlbəttə ki, azlıq təşkil edir. İncəsənət nümayəndələri qüsursuz bədənə sahib olmaq üçün həkimlərə müraciət edir, liposaksiya etdirmək niyyətinə düşürlər.

Bəs liposaksiya nədir?

Liposaksiya "lipos – yağ" və "suction – sovurmaq" sözlərinin birləşməsindən yaranıb, "vakuumla piy sovurmaq" mənasını verir. Liposaksiya əməliyyatı bədinin müəyyən hissəsindəki piy toplantılarını o bölgədən uzaqlaşdıran cərrahi müdaxilədir. Bu müdaxilənin məqsədi sadəcə bədəni şəkilləndirməkdir, yəni çəki atmaq üçün sağlam bir yol deyil. Bədənin gizli yerlərində açılan kiçik giriş dəliklərindən sovurma gücünə sahib incə uzun borularla istəmədiyiniz nahiyələrdəki yağ toxumaları parçalanıb, vakuum yaradılaraq uzaqlaşdırılır. Nəticədə həmin nahiyələr yenidən şəkilləndirilərək daha düzgün bədən konturları əldə edilir.

Vakuumla piy sovurmaq üsulu ilə arıqlayan məşhurların adları mətbuatda çox yayımlanıb.

Onlar arasında daimi olaraq bu cərrahi müdaxilədən istifadə edənlər də var. Məsələn, Xalq artisti Aygün Kazımova qarın və bel piylərindən azad olmaq üçün hər il bu üsuldan istifadə edir.

Elə onun qızı İlqarə Kazımova da bir neçə həftə bundan əvvəl anası kimi bel və qarın nahiyəsindəki piylərdən azad olub. Onun bədənindən ümumi olaraq 8 litr piy çıxarılıb.

Bundan əvvəl isə rəqqasə Fatimə Fətəliyeva liposaksiya etdirənlər karvanına qoşulub. Rəqqasə də qarın nahiyəsindəki piylərindən canını qurtarıb.

Əməkdar artirst Lalə Məmmədova da son günlər arıqlamağı ilə diqqət çəkən məşhurlardandır. Müğənni də artıq çəkilərindən azad olmaq üçün asan üsula əl atıb-liposaksiya etdirib.

Elə bir neçə gün bundan əvvəl Təranə Səmədova liposaksiya ilə artıq çəkilərindən xilas olub. Prodüserin bədənindən 6 litrə yaxın piy çıxarılıb.

Ancaq liposaksiya edən zaman istədiyi nəticəyə sahib olmayanlar, hətta dünyasını dəyişənlər var.

Məsələn, məşhur müğənni-aktrisa Reyhan Müslümova artıq çəkidən azad olmaq üçün vakuumla piylərini sovurmaq eşqinə düşür. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və həyatını itirir. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılıb.

Liposaksiya üçün məşhurlar sözün əsl mənasında kisələrinin ağzını açıblar.

Belə ki, tanınmışların müraciət etdiyi klinikalarda bədənin hər bir nahiyəsindən piyin yığılması məqsədilə minimum 3-4 min AZN tələb edilir. Məsələn: bel və qarın nahiyəsi üçün qadınlar 6-8 min manat pul ödəməli olurlar. Bel, qarın, ayaq, sinə üçün isə 12-16 min AZN vermək şərtdir.

Liposaksiyanın hansı zərərləri var?

Liposaksiya əməliyyatı zamanı maksimum 6 litr piyin götürülməsi mümkün olsa da, bir çox cərrahlar artıq tamah göstərərək daha artıq piy xaric edir, bu da orqanizmdə maye balansının pozulmasına və bu da öz növbəsində xəstənin ölümünə gətirib çıxarır. Bədəndən artıq yağların götürülməsi təhlükəlidir. Çünki bu zaman orqanizmdə maddələr mübadiləsi pozulur. Plastik əməliyyat zamanı müəyyən bir hissədən yağ götürülürsə, piy mübadiləsi, karbohidrat, zülal mübadiləsi də pozulur, orqanizm özünü bərpa edə bilmir.

Əlavə edək ki, plastik əməliyyat keçirən insanlar gec-tez nevroloji və psixoloji sarsıntı keçirirlər. Əməliyyatlar zamanı insan orqanizminə yeridilən bu maddələr gələcəkdə onkoloji xəstəliklərin əsasını qoya bilər. Bu cür əməliyyatlar insan şüurunda da dərin iz buraxır.

(qafqazinfo.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1913   Tarix: 07 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021