Azərbaycanlı məşhur əməkdar artist efirdə AĞLADI -"Ölsəm də onun arxasınca..." VİDEO

Azərbaycanlı məşhur əməkdar artist efirdə AĞLADI -"Ölsəm də onun arxasınca..." VİDEO"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı əməkdar artist Naibə Allahverdiyeva olub.
hər zaman sevənlərini işıqlı səhnələrdən güldürən, əyləndirən, maraqlandıran əməkdar artistin təəssüflər olsun ki, bu dəfə səsi, nəfəsi xəstəxanadan gəlib:

"Biz səhnədə insanları güldürürük, sevindiririk, yaşadırıq. Onlar üçün maraqlı oluruq. Nənəm demişkən, başlarını qarışdırırıq. Ancaq bizim də özəl həyatımız var. Təbii ki, o həyat gərginliklərlə dolu olur".

Həmişə avazı gur gələn Naibə xanım indi güclə sözü-sözə calayıb danışmağa kəlmə kəsməyə çətinlik çəkib:

"Biz deyirik ki, qadınlar güclüdür, ancaq nə qədər güclü olsa da, qadın qadındır. Həyatda yaşadığım gərginliklər məni gətirib bu vəziyyətə saldı. Mən çox pis vəziyyətdə idim".

Hər zaman yaxşılıq edən, yaxşılıq görmədiyi adamlara pislik də etməyən aktrisa ətrafındakı insanlardan yaman şikayətlənib:

"Səbr kasam dolur, öz də çox dolur. Bilirsiz, məni nə incidir həmişə? Mən hər zaman insanlara qarşı yaxşı olmuşam. Yaxşılıq edə bilməsəm də, pislik də etmirəm. Bəlkə hamıda bu belədir. Niyə həyatıma, qarşıma çıxan insanlar qəddar olmalıdır? Mən də qəddar olmalıyammı? Yox, bu cür ola bilmirəm".

Əməkdar artist ətrafında pərvanə olub onun qayğısına qalanlardan da danışaraq, söhbət zamanı eyni köynəkdən ikisini alıb birini ona hədiyyə edən xanımdan da söz açıb:

"Mənim orda bir pərəstişkarım var. Özünə gedib köynək alıb, mənə də alıb. Onu çəkin də. Mənə şalvar alıb gətirib. Bu, bilirsiz nə deməkdir? O, mənim ürəyimi alır".

- Naibə xanım, belə çətin günlərdə sənət yoldaşlarınızdan kimlər sizi ziyarət edib, Əməkdar artistə kimlər dəstək olub?

"İlham gəldi, Nübar xanım, Almaz xanım. Akademik Dram Teatrından Əjdər gəldi.

Yolda bir nəfər gördü ki, mən ləngərləyərək gedirəm. Xanım yanımdan gəlib keçdi. Sonra geyi qayıdıb məni sirkələdi ki, "sən Naibə xanımsan". Dedim xəstəyəm. Dedi: "sənin xəstə olmağa ixtiyarın yoxdur". Bax, onda məni ağlamaq tutdu".

Belə görünür ki, xanım sənətçi insanların qayğısı ilə, xüsusilə də yaxın ətrafındakılarn sevgisi ilə əhatə olunmayıb. Onu incidib düşüncələrini alt-üst edənlər az deyilmiş.

"Gözüm heç vaxt heç kimin arxasında qalmayıb. Mən elə bir adamam ki, məni sevəni sevirəm, istəyəni istəyirəm, istəməyəni istəmirəm. Ölsəm də o adamın arxasınca gözüm qalmaz".

Şou-biznes   Baxılıb: 3487   Tarix: 08 mart 2017  
Facebookda Paylaş

DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az