Bakıda keçmiş məhkum atasını öldürüb, anasını yaralayıb

Bakıda keçmiş məhkum atasını öldürüb, anasını yaralayıbBakıda qətl hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

E. Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.

Kriminal   Baxılıb: 648   Tarix: 13 mart 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az