Ərə getməyən 56 yaşlı qadına əmisi oğlu…

Ərə getməyən 56 yaşlı qadına əmisi oğlu…Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə axşam saatlarında, rayonun Köçəsgər kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu naməlum şəxs tərəfindən sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. O, yaxınları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

A. Əliyev polisə yıxılaraq yaralandığını bildirib. Daha sonra aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin A.Əliyevin əmisi qızı olduğu müəyyən edilib.

İlkin məlumata görə, 56 yaşlı qadın əmisi oğlunu ona qarşı xoşagəlməz ifadələr işlətdiyi üçün bıçaqlayıb. Belə ki, A.Əliyev sərxoş halda ailə həyatı qurmayan əmisi qızına qarşı xoşagəlməz ifadələr işlədib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu zaman qadın bıçağa əl atıb və A.Əliyevə xəsarət yetirib.

Hadisəni törətmiş şəxs saxlanılıb.

(report.az)

Kriminal   Baxılıb: 2912   Tarix: 13 mart 2017  
Facebookda Paylaş

DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az