Azərbaycanda bu kənddəkilərə qız verilmir - Oranı siz də tanıyın + Video

Azərbaycanda bu kənddəkilərə qız verilmir - Oranı siz də tanıyın + Video"Kənddə cavanlara qız vermirlər. Deyirlər ki, orada şərait yoxdur".

Bu sözləri Qubanın Yalavanc kəndinə səfərimiz zamanı kəndin ağsaqqalları deyir. Ora səfərimizdə əsas məqsəd uzun müddətdir ki, kənddən sosial problemlərlə bağlı xeyli müraciət almağımızdır. Sakinlər şikayətlərində kəndin yollarının bərbad vəziyyətindən, qaz, su və ən əsası məktəb probleminin olmasından gileylənirlər.

Odur ki, biz də "qafqazinfo" olaraq Yalavanc kəndinə yola düşdük.

Yalavanc Qubanın inzibati ərazisində olsa da, sakinlər daha yaxın olduğu üçün ora Şabrandan gediş-gəlişə üstünlük verirlər. Kəndin sakinləri isə qədim alban tayfalarından olan buduqlulardır. Bakıdan Şabrana kimi taksi və avtobuslar fəaliyyət göstərsə də, rayondan Yalavanc kəndinə getmək üçün hər hansı bir ictimai nəqliyyat vasitəsi yoxdur. Kimin şəxsi maşını varsa, o da kəndə gedəcək.

Biz də Yalavanc kənd sakini Çingiz Hacıyevin köməkliyi ilə getdik. Çingiz bəy bildirdi ki, bir müddət əvvəl sakinlər kəndin yolunu öz büdcələri hesabına saldırıb, ancaq ərazidə meliorasiya işləri başladıqdan sonra həm ətrafdakı əkin sahələri, həm də yol bərbad vəziyyətə düşüb:

"Hələ siz yaxşı vaxtında gəlmisiz. Yağış yağanda bu toz tamam palçıq olur, heç kəndə maşın da işləyə bilmir. Əvvəllər bu sahələr otlaq idi, ancaq indi bu tozun örtdüyü otu heyvanlara verə bilmərik".

Həqiqətən də yanımızdan hər dəfə yük maşını ötdükcə, qalxan toz yolumuzu görünməz etdiyindən məcbur maşını saxlayıb bir müddət gözləməli olurduq. Çingiz bəy onu da qeyd etdi ki, kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq olsa da, ərazidə gedən işlərə görə, 4 aydır ki, heyvanları örüşə çıxara bilmirlər. Bu səbəbdən sahibkarların çoxu iribuynuzlu heyvanlarını satıb azaldır.

Kəndin girəcəyində bizi buduqlu ağsaqqalları qarşıladı. Ürəkləri dolu olan kənd sakinləri ilə söhbətimizdə məlum oldu ki, onları ən çox narahat edən məsələ məktəb olmadığı üçün buradakı gələcək nəsillərin savadsız böyüməsidir:

"Bu kənd hazırda qapalı müəssisə kimi bir şeydir. Belə kənd olmur. Bir dənə ibtidai məktəb var, orada da bir müəllim bilmir ki, hansı uşağa nə öyrətsin. Dördüncü sinfi bitirən uşaqları da göndərirlər ki, bacarırsan oxu, bacarmırsan otur evində. İndi kimin Siyəzəndə, Şabranda, Qubada qohumu var, uşağını oraya göndərir. Qohumu olmayan da oturdur böyründə. Dövlət konsepsiyasına əsasən kəndə maşın verilməlidir. Eybi yoxdur, sürücünün maaşını da biz verərik. Təki uşaqlarımızı qonşu kəndin məktəblərinə aparıb gətirsin".

Kənddə məktəblə yanaşı xeyli digər sosial problem də var. Problemlərin yaranmasının başlıca səbəbi isə kəndin inzibati ərazi bölgüsüdür. Belə ki, su, qaz problemlərinə görə yerli əhalinin yaxınlaşdıqları icra orqanları onları digər rayona yönləndirir:

"Kəndimizlə rayon arasında heç 7-8 kilometr məsafə yoxdur. Ancaq bizə su verilmir. Buranın suyu kükürdlü olduğundan istifadəyə yararsızdır. Gəlin, gedək kibrit vuran kimi yanacaq. Qonşuluqdakı kəndlər Şabran və Siyəzənin inzibati ərazisinə daxil olduğu üçün qaz və su problemləri yaşamırlar. Ancaq biz müraciət edəndə Quba deyir ki, Şabran versin, Şabran deyir, Siyəzən versin, Siyəzən də Qubaya göndərir. Qalmışıq çarəsiz vəziyyətdə. Suyumuz yoxdur, qazımız yoxdur, yolumuzun acınacaqlı vəziyyətini özünüz gördüz. Məktəbimizdən heç danışmayın. Qadınlar, qızlar hamısı savadsız olur".

Hətta kənddə elə evlər var ki, yarısı Qubanın, yarısı isə Siyəzənin inzibati ərazisinə daxildir:

"Bax, bu gördüyünüz evin özü Siyəzənin ərazisindədir, artırması isə Qubanın".

Kənd ağsaqqalı İldırım Məmmədov hər hansı sənəd və yaxud məktubun səkkiz aya onlara çatdığını bildirib:

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyimiz var. Lap yüksək ha, burda oturur, dünyanın o biri başından xəbər verir. Ancaq bu kəndə əsgərin göndərdiyi məktub o cibdə, bu cibdə 8 aya gəlib çatır. Burada hər şey belədir. Barmağı kəsən də eyni həkimdi, apendisiti də, gözü də, qaşı da…"

Çəkiliş üçün kəndin ibtidai təhsil ocağına yollansaq da, direktor Faiq Həsənov çoxdan qapını bağladıb getmişdi. Kənd sakinləri dəfələrlə müraciət etsə də, çəkilişə icazə olmadığını bildirdi".

Kəndin ağbirçəyi Mədinə Hacıyeva da söhbətimizdə qız nəvələrinin heç birinin təhsil almadığını, qız uşağını kiminsə qapısına qoya bilməyəcəklərini söylədi:

"Biz uşaqlarımıza təhsil vermək istəyirik. Oğlanları yenə rayona göndərmişik. Ağlaya-ağlaya gedib gəlir. Ancaq qızları kimin qapısına qoyaq? 14 yaşlı nəvəmi yanıma qoymuşam, onun indi oxuyan vaxtıdır. Heç kim qız uşağını oxutmur. 4-cü sinifi bitirən evdə oturur. Biz utanırıq uşağın əlindən tutub qapı-qapı gəzməkdən. Heç olmasa, 8 illik məktəb olsa, uşaqlar da oxuyar".

14 yaşlı Nuranə də təhsilini davam etdirmək, gələcəkdə həkim olmaq istəyir. Ancaq o da dostları kimi kənddə məktəb olmadığı üçün evdə oturmaq məcburiyyətində qalanlardandır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5086   Tarix: 13 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

85 yaşlı amerikalını görən 65 yaşlı azərbaycanlı ŞOK YAŞADI - VİDEO

Sosial şəbəkədə yayılan video maraq yaradıb. xəbər verir ki, 85 yaşlı amerikalı ilə 65 yaşlı azərbaycanlı kişinin dialoqu gündəm olub. Xarici qonağın yaşını öyrənən kişi qulaqlarına inanmayıb. Sözügedən görüntünü təqdim edirik:

14 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14 aprel
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14 aprel
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. Sonxeber -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

7 aprel