Tramp illik maaşını hara xərcləyəcək?

Tramp illik maaşını hara xərcləyəcək?ABŞ prezidenti Donald Tramp illik maaşını xeyriyyə məqsədilə xərcləyəcək.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bildirib.

"Prezident ilin sonunda öz əmək haqqısını xeyriyyə məqsədilə xərcləmək niyyətindədir. O, sizdən bunun hansı sahələrə xərclənməli olduğunu müəyyənləşdirməyinizi istəyib. Bu, jurnalistlərin maliyyənin hara getdiyi barədə iddialarından yayınmağa imkan verəcək", - deyə Spayser vurğulayıb.

Qeyd edək ki, Donald Tramp öz seçki kampaniyası zamanı maaş almağı planlaşdırmadığını söyləmişdi.

ABŞ liderinin əmək haqqı ildə 400 min dollar təşkil edir.

mənbə: azvision

Maraqlı   Baxılıb: 402   Tarix: 14 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR