Hazır olun! Martın sonuna kimi manat bu rəqəmə çatacaq

Hazır olun! Martın sonuna kimi manat bu rəqəmə çatacaqUzunmüddətli dinamik hərəkətdən sonra valyuta bazarlarında kifayət qədər sakitlik hiss edilməkdədir. Son bir ayda manat dollar qarşısında inamla möhkəmlənməkdə davam edir. Bəs, bu nə ilə bağlıdır və mart ayı ərzində manatın məzənnəsi necə dəyişə bilər?
Hökumət bütün üsullarla dollara tələbi cilovlayıb
İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, dövriyyədə manat kütləsinin az olması, dollar tələbini aşağı salan faktorlardan biridir. Eyni zamanda ölkədə yüksək səviyyədə dollarlaşma təklifin aşağı olmasına səbəb olub. Dövriyyədə olan manat kütləsi sadəcə cari ehtiyacların ödənilməsi üçün kifayət edir. Ona görə də digər məqsədlər üçün yığım imkanları məhduddur. Digər tərəfdən hökumət də bütün üsullarla dollara tələbin cilovlanması istiqamətində addımlar atır. Buna dövlət vəsaitləri hesabına xaricdən idxalın məhdudlaşdırılması prosesi daxil olmaqla, elektron satışlara əlavə verginin tətbiq edilməsi, idxala əlavə verginin tətbiq edilməsi və valyutanın ölkədən çıxışına digər bu kimi maneələrin yaradılması hazırda sakitlik yaradıb. Məhz bu səbəbdən həm banklararası hesablaşmalarda, həm "qara bazar", həm də hərraclarda dollara tələb məhduddur, məzənnə də müəyyən qədər möhkəmlənə bilir.
İranlı turistlər ölkəyə bir hərracdakı qədər dollar gətirə bilər
Ekspert bildirib ki, bundan əlavə qarşıdakı bayram ərzində- yəni 10 gün müddətində rəsmi qaydada iş olmayacaq. Bu dövrdə Azərbaycana turist axınının artacağı gözlənilir. Xüsusilə də İrandan gələn turistlərin sayında xeyli artım müşahidə olunacaq. Turistlərin valyuta ilə xərcləmələri bazarlarda dollar təklifini artıracaq və dövriyəyə əlavə valyuta daxil olacaq. Son rəqəmlərə görə, bayram günlərində Azərbaycana gəlmək istəyən 23 minə yaxın iranlı turisti viza üçün müraciət edib. Orta hesabla bir turistin Azərbaycanda 1000-1200 dollar xərcləyəcəyi proqnoz edilir. Bu isə təxminən ölkəyə 25-30 milyon dollar məbləğində valyuta axını deməkdir. Bu məbləğ təqribən bir valyuta hərracında bankların dollara olan tələbinin qarşılanmasına kifayət edir.
Bayram passivliyi gözlənilir
Digər əsas məsələ ondan ibarətdir ki, bayram dövrü olduğu üçün şirkətlərin ödənişləri, bankların xarici maliyyə institutları ilə hesablaşmaları və kimi istiqamətlərdə passivlik olacaq. Bu isə mart ayının sonuna kimi dollara əlavə tələbin aşağı olmasını şərtləndirəcək:
"Çünki indiki dövrdə əldə olan manat kütləsi kifayət qədər məhduddur. Yəni, bu manat kütləsi gələcəkdə hansısa öhdəliyin yerinə yetirilməsinə deyil, gündəlik öhdəliklərin yerinə yetirilməsinə yönəldilib".
R.Həsənovun sözlərinə görə, bu, bankların davranışlarında da hiss edilir. Belə ki, banklar qısamüddətli dövrdə müəyyən faiz əldə etmək məqsədilə bir neçə günlük əlində olan manatı təcili olaraq depozit hərraclarında yerləşdirirlər. Yəni, yığım məqsədilə hazırda dollar alışı həyata keçirmək və manat üzərində təzyiq yaratmaq üçün banklar əllərində manat kütləsini çox saxlamamağa çalışırlar.
Valyuta bazarı kiçilir
Ekspert hesab edir ki, manatın hazırki möhkəmlənməsi həm də valyuta bazarlarının həddən çox kiçilməsi ilə bağlıdır:
"Bunu ilk dəfə biz ötən ilin sentyabr ayında gördük. Çox böyük ajiotaj yarandığı halda, bazarlarda tələbin 800-900 milyon dollara qalxdığı zaman 200-300 milyon dolların dövriyyəyə buraxılması ilə kursun əksinə dəyişməsi və manatın möhkəmlənməsi baş verdi. Bu isə onu göstərdi ki, valyuta bazarları hazırda çox kiçikdir. Yəni, kifayət qədər məhduddur".
Dollar 1.70-1.75 manat arasında qalacaq
R.Həsənov bildirir ki, sadalanan faktorlar mart ayında da nisbi olaraq manat üçün əlavə dəstək yaradıb. Nəticədə manat müvəqqəti olaraq möhkəmlənməkdə davam edir. Ümumilikdə isə bayram günlərində və mart ayının sonuna qədər dolların 1.70-1.75 səviyyəsini qoruyacağı görünür.

Mənbə: fins.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6896   Tarix: 15 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel