Əhaliyə şad xəbər: "pensiyalar..."

Əhaliyə şad xəbər: "pensiyalar...""2017-ci ilin mart ayı üzrə Azərbaycanda əmək pensiyalarının nəzərdə tutulan qrafikdən əvvəl maliyyələşdirilməsi üçün aidiyyəti tədbirlərin görülməsi təmin olunub".

Sonxeber.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, qarşıdan gələn Novruz bayramı nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların maliyyələşdirilməsinin bayrama qədər tam yekunlaşdırılması təmin olunub: "Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsinin getdikcə yüksəlməsi, eyni zamanda Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini belə tez həyata keçirməyə imkan yaradıb. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb. Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib".

Şöbə müdiri bildirib ki, cari ilin yanvar-fevral aylarında Fondun gəlirləri 2016-ci ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 561,5 mln. manata yüksəlib: "Həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 274,5 mln. manata çatıb. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektorundan daxilolmaların 180,3 mln. manat təşkil etməsi və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artması qeyd edilməlidir".
E.Babayev qeyd edib ki, artım dinamikasının 2017-ci ilin növbəti aylarında da əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtında həyata keçirməyə imkan verəcəyini söyləmək olar: "2017-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 315 min 229 nəfər təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7593   Tarix: 16 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF

Rəsmi statistikaya əsasən, Azərbaycanda ötən il ərzində 60 min 810 nəfər vəfat edib. Vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb. Rəqəmlərdən də göründüyü kimi, az qala 50 faizə yaxın insa

17 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

Qızıldaş Mədəniyyət Mərkəzində kanalizasiya problemi - Sakinlər antisanitariyadan şikayətlənir (VİDEO)

Qızıldaş Mədəniyyət Mərkəzinin arxasında yerləşən kanalizasiya xətti dolub daşır. Bu barədə Qaynarinfo-ya Qızıldaş qəsəbəsinin bir qrup sakini bildirib. Onların sözlərinə görə, kanalizasiyanın dolub-danışması nəticəsində ərazidə antisanitariya hökm sürür. Bu isə qəsəbə sakinlərinin mərkəzin həyətindək

17 aprel
.

Azərbaycanda şagirdləri "tok" vurub öldürdü – Kimdir cavabdeh?

Xəbər verdiyimiz kimi, ötən gün İmişlidə 5 saylı tam orta məktəbin həyatındə 6 və 8-ci sinif şagirdlərini elektrik cərəyanı vuraraq öldürüb. Məktəbin yanında yüksək gərginlikli transformator var. Bu transformator 88 nömrəli tam orta məktəbə bitişik formadadır. Məktəbin həyətində hansı azyaşlı oyanas

17 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

"Azərbaycanda sistem dəyişməlidir, bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR" - SOSİOLOQ

Ötən günlərdə yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bəs Azərbaycan da əlilliyi olan şəxslər pensiyaya daha ərkən çıxa billərmi?

17 aprel
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17 aprel
.

Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edib. xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakim

17 aprel
.

"Bu gün Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir" - DEPUTAT

"Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən, Qazaxın işğal altında olan kəndlərini qaytarmamaqdan ötrü bəhanələr uydurur". Bunu -a danışan deputat Müşfiq Cəfəro

17 aprel