Hazır olun! Dünənki qərardan sonra dollar bu rəqəmi keçəcək

Hazır olun! Dünənki qərardan sonra dollar bu rəqəmi keçəcəkMartın 16-da ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasının yekununda qərar qəbul olunub. Qərara əsasən, FES baza faiz dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizə qədər artırıb.

Uçot dərəcəsinin artımı ekspertlərin proqnozları ilə üst-üstə düşüb.

Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırıb.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, FES-in uçot dərəcəsini 0,25 faiz artırmasına maliyyə bazarları öncədən artıq həzm edib qiymətlərə daxil etmişdi:

"Əsas məsələ FES-in 2017-ci ildə 3, və ya 4 dəfə faiz artıracağı məsələsi idi. Yellen 3 dəfə faiz artacağını söylədi, bu, maliyyə bazarlarına pozitiv siqnal oldu, dollar, hətta azacıq ucuzlaşdı. Amma gəlin reallığa baxaq: 2017-ci ilin sonuna uçot dərəcəsi 1,5 faiz olacaq. 2016-cı ilin dekabrında 0,50 faiz idi, deməli, bu il 1 faiz artım olacaq. Yaxın 2 ildə uçot dərəcəsini FED 3 faizə qədər artıracaq. Deməli, dünən gecə birjaların qısamüddətli və emosional reaksiyası qalıcı və dayanıqlı deyil".

Ekspertin sözlərinə görə, FES-in qərarları Azərbaycana birbaşa təsir etmir:

"Çünki bizdə primitiv resurs modelidir, bazar alətləri və institutları yoxdur, dövlət nəzarətli məmur "kapitalizmi" hökm sürür. Yəni, qiymətli kağızlar bazarı, birja yoxdur.
Ölkəmizə FES-in dolayı təsiri var və olacaq: Birinci, dünyada dollar bahalaşanda bizdə də bu proses gedecək, ikinci, baha dollar ucuz əmtəə deməkdir ki, neftin bahalaşması xəyalı da bu qərarla puça çıxacaq. Deməli, manata basqılar artacaq, dollar bizdə daha da bahalaşacaq".

Ekperet hadisələrə günlük baxmağın tərəfdarı deyil: "Əsas olan trenddir. Bu gün turistlərdən Novruz bayramında "5-10" dollar ucuz almağı düşünən hökumət heç zaman trendləri tuta bilməz. Günlük yaşayırlar, gündəlik problemləri həll etməyə çalışırlar, gələcəyi görə, anlaya bilmirlər".

Mənbə:cebheinfo.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3890   Tarix: 16 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur. Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şima

17 fevral
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel