"İşsizlik, yoxsulluq, ailə problemləri - bütün səbəblər bu intiharların arxasında durur"

"İşsizlik, yoxsulluq, ailə problemləri - bütün səbəblər bu intiharların arxasında durur""Müəllim intihar edir, yazar intihar edir, başqa bir yazar intihar anonsu verir, bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan da yan-yörəmizdə yaşayır. İntihar bu qədər adiləşməyə başlayır. Düşünürəm ki, intiharların əsas səbəbi insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmamasıdır".

Millət vəkili Fazil Mustafa son günlər artan intihar xəbərlərini şərh edərkən yazıb.

Millət vəkili bildirib ki, cəmiyyətdə olan sosial ədalətsizlik, işsizlik, yoxsulluq, ailə problemləri - bütün səbəblər bu intiharların arxasında durur: "Nakam sevgi, üzücü xəstəlik, müalicə xərclərinin yetərsizliyi, əzizlərinin itkisi, bu və ya digər səbəbdən "el içində bədnam olma", patronla yola getməmə, psixi depressiya, fiziki qüsurluluq kimi motivləri də buraya əlavə etsək, o zaman intihar etmək üçün səbəblərin sayını həndəsi silsilə ilə artırmaq mümkündür. Dinimizin də intihara qarşı sərt münasibəti fonunda insanların belə bir qərar alması düşündürücü məqamlardan, bəlkə də, birincisidir. Fikrimcə, burada motiv olaraq əsas rolu siyasi, sosial, məişət, əqli xarakterli sıxıntılar deyil, insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmaması oynayır. Bunun adına siyasi-kütləvi ədəbiyyatda sahəvi həmkarlar birliyi və ya ittifaqı deyirlər, ancaq adın elə bir önəmi yoxdur, sadəcə bir gerçək qarşımızdadır ki, peşə olaraq, mənafe olaraq, fiziki çatışmazlıq olaraq sosiallaşan insanlar bir-birinə həm dəstək vermək üçün, həm də təsəlli vermək üçün çox işlər görə bilərlər. İllərdir Azərbaycanda bu kimi birlik və cəmiyyətlər süni mexanizmlərə çevrildikcə, insanların bir-birinə qarşı həmrəylik duyğusu da azalmağa başlayır. Yazarlar, bəstəçilər, rəssamlar, jurnalistlər, taksiçilər, gözdən əlillər, şirniyyatçılar, məmurlar, bələdiyyə işçiləri, hamamçılar, bərbərlər, Qarabağ əlilləri və bəlkə də bu kimi onlarla adla tanıya biləcəyimiz mümkün birlik formaları statistika dəftərlərində yer almaq üçün süni quruluşlara çevrildiyinə görə kimsə başqasının dərdinə yaxından şərik ola bilmir. Axı bir Qarabağ əlilinin duyğularını daha çox başqa bir Qarabağ əlili, yaxud bir yazarın psixoloji sarsıntısını digər yazarlar, bir gözdən əllilin hisslərini digər gözdən əlil məndən, səndən daha həssaslıqla anlaya bilər. Ona görə də insanların peşəcə, ixtisasca, hissi maraqlarla birləşmə hüququnun təbii şəkildə canlandırmasına şərait yaratmaq lazımdır. Bunlar öz yerində, artıq cəmiyyətdə sürətlə artan işsizlik tendensiyasına son qoymaq üçün özəl sektorun inkişafını səmimi və açıq şəkildə təşviq etməkdən başqa çıxış yolu qalmır. Aidiyyəti qurumların qaldıra bilmədiyi yükü ancaq sahibkar qaldıra bilər. Çünki hansı yöndən təhlil edərsək, sonda intihar üçün əsas səbəblərin başında maddi sıxıntılar, işsizlik, yoxsulluq kimi amillər qarşımııza dikiləcəkdir.
İntiharlara hamımız üzülürük, istedadlı insanlarımızın intiharı isə daha çox ürəyimizi dağlayır. Allah gənc yazarımız Mövlud Mövludun günahlarını bağışlasın və seçdiyi yolu başqa istedadlı insanlarımız üçün birdəfəlik bağlasın!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2140   Tarix: 16 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qatillərin "Crocus City Hall"dan qaçma anının görüntüləri - VİDEO

Terrorçuların "Crocus City Hall"dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahid

24 mart
.

Ağstafada maşın aşdı, üç gənc yaralandı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar - 2005-ci il təvəllüdlü Əhmədli Aqşin Habil oğlu, Əhmədli Həsən Gülağa oğlu və 2005-ci il təvəllüdl

26 mart
.

Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında "Qardaşının amansızlıqla qətli Mustafa bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu" adlı süjet hazırlanıb. xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlə

24 mart
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Siyəzəndə 3 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 28 kilometr dərinlikd

24 mart
.

Yeni Günəşlidə evdən 2000 dollar apardılar - YAXALANIB

Yeni Günəşlidə oğurluq hadisəsi olub. DİN-in mətbuat xidmətindən -a verilən məlumata görə, martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 200 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlu

24 mart
.

Türkiyədə uşaqlar arasında başlayan dava ölümlə bitib

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda uşaqlar arasında başlayan dava böyüklərin də işə qarışması nəticəsində faciə ilə nəticələnib. Qeyd olunur ki, böyüklər arasındakı dava zamanı silahdan istifadə edilib. Nəticədə bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

23 mart
.

Baltalı şəxs onlarla rusu belə xilas edib: "Haradan kəsə biləcəyini axtarırdı"

"Crocus City Hall" konsert zalına gələnlərdən biri balta ilə bir neçə qapını deşərək onlarla rusiyalını xilas edib. xəbər verir ki, bu barədə "İzvestiya"ya terrordan sağ çıxan Tatyana adlı qadın məlumat verib . Onun sözlərinə görə, o, "Crocus"a əvvəlcədən gəlib. Qadın eskalatorl

24 mart
.

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bak

23 mart
.

"Crocus"da terrorda ölənlərin xatirəsi Müslüm Maqomayevin mahnısı ilə yad edilib - VİDEO

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terrorda ölənlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilir. APA-ya istinadən xəbər verir ki, tədbirdə dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin "Durnalar" mahnısı səslənir. Xatırladaq ki, hadisə baş verə

24 mart