Xoşqədəmlə bağlı elə xəbər yayıldı ki... - VİDEO

Xoşqədəmlə bağlı elə xəbər yayıldı ki... - VİDEO"Səni axtarıram" verilişinin layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı Türkiyədə beynəlxalq mükafata layiq görülüb.

O, qardaş ölkədə Azərbaycanın ən yaxşı televiziya aparıcısı seçilib. Mükafatlandırma mərasiminə həyat yoldaşı, müğənni Doğuşla qatılan aparıcı övladlarının vətənindən mükafat almağın onun üçün çox önəmli olduğunu diqqətə çatdırıb:

"Ən böyük iki mükafatı Azərbaycanda media sektorunda xidmətlərimə görə Prezident tərəfindən almışam. Ancaq bu mükafat da mənimçün çox önəmlidir. Çünki qardaş Türkiyədən, uşaqlarımın vətənindən aldığım mükafatdır. Allah türkü qorusun!"

Mükafatlandırma mərasimindən sonra Hidayətqızı təəssüratlarını belə paylaşıb:

"Səni axtarıram" ağır layihədir. Bu proqramın Türkiyədə də belə qiymətləndirilməsi bu layihəni 7 il əvvəl yaradan biri kimi mənimçün çox qürurvericidir. "Səni axtarıram" heyətini təbrik edirəm. Bu mükafatı onlar üçün almışam. Proqramın yaranmasında əməyi keçən hər kəsə minnətdaram".

Mənbə: ölkə.az

Maraqlı   Baxılıb: 8383   Tarix: 17 mart 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az