Son dəqiqə! Orduda savaş hazırlığı? -"Mart çox gərgin keçəcək"

Son dəqiqə! Orduda savaş hazırlığı? -"Mart çox gərgin keçəcək"Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 15-də birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.

"Cümhuriyət" qəzeti Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparan müdafiə naziri bu istiqamətdə fəaliyyətlərin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.
Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.

Azərbaycana qarşı təxribat ehtimalı

Müdafiə nazirinin "hazır ol" əmri təsadüf hesab edilmir. Nəzərə alsaq ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək, bu zaman prezident Serj Sarkisyan partiyası Respublikanı prosesdən qalib çıxarmaq məqsədilə cəmiyyətin diqqətini seçkilərdən yayındırmaq üçün təxribata əl ata bilər. Belə zəmin Sarkisyana seçkilərin nəticələrini saxtalaşdırmaq imkanı verəcək. Digər yandan apreldə qondarma genosidin 102-ci ildönümü ilə əlaqədar da ermənilər özlərini göstərmnəyə çalışa bilərlər. Üstəgəl qarşıdan keçən il ermənilərin ağır məğlubiyyət ilə yadda qalan aprel döyüşlərinin 1-ci ildönümü gəlir. Buna görə də düşmən tərəfin qisas məqsədilə təxribata əl atacaqları istisna deyil. Ermənilərin fəallaşacağına ehtimal verən bir məsələ də var: Serj Sarkisyanın Moskva səfəri. Məlumdur ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Rusiyada idi və burada həmkarı Vladimir Putinlə görüşdü. Görüşün nəticəsi olaraq da o ehtimal gündəmə gəlib ki, Sarkisyan Moskvada Putindən aldığı yeni tapşırıqlar üzrə hərəkət edəcək. Həmin tapşırıqlardan biri də yenə seçkilərdən cəmiyyətin diqqətini yayındırmaq üçün cəbhə bölgəsində Azərbaycana qarşı oynanılacaq növbəti təxribat oyunu ola bilər.

"Mart gərgin keçəcək"

"Cümhuriyət" qəzetinə mart ayının həmişə gərgin keçdiyini deyən, hərbçi-ekspert Üzeyir Cəfərov bildirib ki, bütün parametrlər üzrə baxanda ermənilər həmişə daha çox martda həm təxribat əməlləri həyata keçirirlər, həm də Novruz bayramına görə, özlərini tərbiyəsiz aparırlar. Ü.Cəfərovun sözlərinə görə, 1990-cı illərdə də ermənilər Novruz bayramı ərəfəsində daha çox aktivlik göstərirdilər ki, xalqın bayram əhval-ruhiyyəsini korlasınlar: "Bu, erməni tərbiyəsizliyi və xislətidir. Müdafiə naziri də bunu bilir. Ermənistanın cinayətkar rəhbəri Serj Sarkisyan Moskvada növbəti təlimatlarını alıb. Putinlə görüşündən sonra bildirdi ki, çox vacib məsələlər müzakirə edilib. Bilirik ki, bu günədək Dağlıq Qarabağ münaqişəsi ətrafında nə baş veribsə, hamısı Rusiyanın təhriki ilə olub. Çünki ermənilər yaramaz və qorxaq məxluqatlardır, təkbaşına Azərbaycanın qarşısına çıxacaq gücdə deyillər. İndiyədək sərgilədikləri münasibət də onu deməyə əsas verir ki, ermənilərdə ağıl heç vaxt olmayıb. Qonşu Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq əvəzinə bir qədər də korlayırlar. Zakir Həsənov da onu bildirdi ki, hər an düşmən təxribatına hazır olmalıyıq, bu təxribatlara da ordumuz layiqli cavab verməlidir. Çünki qarşıdan gələn aprel ayında həm Ermənistanda seçkilər keçiriləcək, həm də qondarma genosidin ildönümü qeyd ediləcək. Bütün bunları nəzərə alıb, müdafiə naziri müvafiq göstərişləri verib. Prinsip etibarilə ordumuz döyüşə hazırdır, düşmənin təxribatlarına cavab verməyə də qadirdir. Başqa sözlə, ordu hazır olmalıdır ki, düşmən əlinə düşən məqamdan istifadə edib, Azərbaycan Silahlı Qüvvələrinə maddi-mənəvi zərər vura bilməsin. Mart çox gərgin keçəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3372   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel