Paytaxtda müşahidə olunan tıxacın səbəbi nədir?
Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçə və prospektlərində müşahidə olunan tıxacın səbəbləri açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, Novruz bayramına hazırlıqla əlaqədar hazırda şəhərin mərkəzinə doğru avtomobillərin hərəkət istiqamətinin dəyişməsi bir qədər sıxlıq yaşanmasına səbəb olub:
"Bu proses çox uzun müddət çəkmir. Ərazi üzrə əməkdaşlarımız qısa müddətdə təhlükəsizliyin təmin edilməsi və hərəkətin bərpası ilə bağlı vəziyyəti tənzimləyirlər. Məqsədimiz də bayram şənliklərində təhlükəsizliyi təmin etməkdir".
Şöbə müdiri deyib ki, tıxacın yaranmasının xüsusi bir səbəbi yoxdur: "Bayram ərəfəsidir və bayrama böyük hazırlıq işləri gedir. Sabahdan möhtəşəm bayram şənliklərinin keçirilməsi ilə əlaqədar şəhərin mərkəzi küçələrdə son tamamlama işləri aparılır. Bundan əlavə, ölkədə çoxlu turistlər, yüksək çinli qonaqlar, şəhərin mərkəzində əhəmiyyətli tədbirlər var. Həmçinin paytaxtın mərkəzindən bölgələr istiqamətində hərəkət edən nəqliyyat vasitələri çoxdur".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1042 Tarix: 18 mart 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMillət vəkilinə ağır itki
Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub
25 aprelTürkiyənin ilk astronavtı Azərbaycana gələcək
Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini
24 aprelDİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə
25 aprelBakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:
25 aprelLaçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki
25 aprelKreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH
Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər
25 aprelLənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı
25 aprel