"Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb"

"Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb"İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını bir araya gətirəcək.

Sonxeber.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu gün ümumxalq Novruz şənliyində çıxışı zamanı deyib ki, bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları növbəti dəfə ölkəmizin potensialını göstərəcək və eyni zamanda, İslam həmrəyliyinə də Azərbaycanın növbəti töhfəsi olacaq. Çünki buna böyük ehtiyac var.

İlham Əliyev bildirib ki, bu Oyunlar təkcə idman yarışı deyil: " Bu Oyunlar bütün İslam aləmini bir araya gətirəcək. Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri arasında münasibətlər, yumşaq desək, lazımi səviyyədə deyil. Azərbaycan isə çalışır ki, müsəlman aləmində birlik möhkəmlənsin, güclənsin. Bu, bizim ailəmizdir. Biz bu ailənin üzvüyük. Ona görə, biz istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun".

Prezident qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi indi də uğurlu siyasəti ilə güclənir: "Əgər bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik. Beynəlxalq əməkdaşlıq hər bir iştirakçı üçün uğurlu olmalıdır. Bu, zorla ola bilməz. Heç bir ölkəni zorla, məcburən hansısa təşəbbüsə cəlb etmək olmaz. Bunun heç bir effekti olmayacaq. Ölkələr bəlkə buna müqavimət göstərə bilmirlər, ancaq daxilən narahat olacaqlar ki, onları nəyəsə məcbur edirlər. Ona görə, bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub".

Cənub Qaz Dəhlizi layihəsinə də toxunan dövlət başçısının sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi kimi həm maliyyə, həm texniki, həm siyasi cəhətdən mürəkkəb olan bir layihəni icra edir: " Üçüncü dəfədir ki, Bakıda Məşvərət Şurası keçirilib və iştirak edən bütün ölkələr öz mənfəət payını alacaqlar. Biz bir çox layihələri icra etmişik və vəsait də xərcləmişik. Əlbəttə, bu vəsait həm vəsait olaraq, həm siyasi divident kimi qayıdacaq, həm də ki, bölgədə yeni əməkdaşlıq mühiti yaranıb.

Azərbaycan bütün bu önəmli nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır. Vaxt keçdikcə dünyada ölkəmiz haqqında daha da dolğun məlumat yayılır. Bizə böhtan, şər atan, bizə pis gözlə baxan qüvvələr yavaş-yavaş sıradan çıxırlar. Artıq onların bir çoxu siyasi səhnədən kənarlaşdırılıb. İndi dünyada yeni inkişaf dinamikası yaranır. Azərbaycan müasir, müstəqil, inkişafda olan ölkə kimi dünyada daha çox tanınır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 909   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart