Aqşin Yeniseydən Mövlud Mövludun adını daşıyan ədəbi mükafat…
Hazırda Türkiyədə yaşayan istedadlı yazarımız Aqşin Yenisey martın 16-da intihar etmiş gənc yazar Mövlud Mövludun adına illik şəxsi ədəbi mükafat təsis edib. Bu haqda o, özünün Feysbuk səhifəsində yazıb:
"Dostlar, gənc yazıçı Mövlud Mövludun intiharı hamımızı sarsıdıb. Bu intihar onu göstərir ki, yaradıcı gəncliyin qayğıya, diqqətə ehtiyacı var. Sadəcə, yazı yazmağın, fikir bildirməyin bizi sabah bu ehtiyac qarşısında belə bədbəxt hadisələrdən sığortalayacağına inanmaq sadəlövhlük olardı. Hər kəs nəsə etməlidir. Oturdum düşündüm və gücüm çatan bir qərara gəldim ki, Mövludu qoruya bilməsək də, onun həmyaşıdı olan 28 yaşınadək gənc yazarlar üçün hər il öz qonorarım hesabına Mövlud Mövludun adını daşıyan illik şəxsi ədəbi mükafat təsis edim. Mükafatlar simvolik olaraq belə olacaq:
1. İlin ən yaxşı hekayəsi – 300 azn (Bir aylıq kirayəpulu)
2. İlin ən yaxşı şeri – 200 azn (Bir aylıq kommunal xərclərin pulu)
3. İlin ən yaxşı publisistik yazısı – 100 azn (Bir aylıq yolpulu)
Mükafatı hər il Mövlud Mövludun ad günündə təqdim etməyi düşünürəm. Daha geniş məlimat yaxınlarda facebook səhifəmdə yerləşdiriləcək. Müzakirələrə açığam."
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşArif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:
21 iyun 2021Alişan Bakıdadır - Konsert verəcək + FOTO
Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü
11 sentyabr 2021Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?
Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə
31 iyul 202116 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq
Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə
25 avqust 2021"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB
Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız
11 iyul 2021"Fəryad 2" filmi çəkilir
Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd
8 iyul 2021Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO
Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı
18 iyul 2021