Son dəqiqə! "Qarabağda müharibə..."

Ötən ilin aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş atəşkəs dövrünün ən qanlı qarşıdurmasının – şərti olaraq "aprel müharibəsi" adlandırılan hərbi toqquşmaların ildönümü yaxınlaşır. Rəsmi məlumata görə, həmin hərbi əməliyyatlar zamanı 93 Azərbaycan hərbçisi şəhid olub, 33-ü yaralanıb. Bundan başqa 6 azərbaycanlı mülki şəxs öldürülüb, 26-ı yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinə məxsus 1 Mi-24 helikopteri vurulub, 1 tank sıradan çıxarılıb. Düşmən tərəfinin itkilərinə gəldikdə isə, 88 hərbçi və könüllü (11 qeyri-döyüşçü) öldürülüb, 1 hərbçi, yaxud könüllü itkin düşüb, 122 hərbçi, yaxud könüllü yaralanıb. Dörd mülki şəxs ölüb, 6-ı yaralanıb. Qarşı tərəf ümumilikdə 150 nəfər itki verib, 14 tank itirib.

"Aprel müharibəsi"nin ildönümü yaxınlaşdıqca Ermənistan və Azərbaycan cəmiyyətlərində, eləcə də beynəlxalq ictimaiyyətdə həmin hadisələrin, yaxud buna bənzər olayların yenidən yaşana biləcəyi barədə fikirlər özünə yer tapmaqdadır. Zənnimizcə, son vaxtlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər işlər nazirləri ilə tez-tez görüşərək fikir mübadiləsi aparması da bunun gösəricisi hesab oluna bilər. İlin əvvəlindən bəri həm Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, həm də onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov iki dəfə Moskvaya səfər edərək S.Lavrovla görüş keçiriblər. Güman etmək olar ki, həm Moskva, həm də İrəvan aprel ayından qorxurlar. İrəvan kimi Moskva da düşünür ki, Azərbaycan ordusu aprel ayında irimiqyaslı hücuma keçə bilər. Digər tərəfdən aprelin 2-də Ermənistanda həyati əhəmiyyətli parlament seçkisi keçiriləcək. Əgər aprel ayında cəbhə xəttində qanlı hadisələr baş verərsə, bu, Ermənistandakı seçkini də qarışdıracaq. Moskva isə bunu istəmir. Ona görə də Kreml E.Məmmədyarov vasitəsilə rəsmi Bakıya xəbərdar etmək istəyir ki, aprel ayı da daxil olmaqla Azərbaycan ordusu atəşkəsə riayət etsin.

Politoloq Fikrət Sadıxov Teleqraf.com-a açıqlamasında bildirib ki, S.Lavrovun tez-tez Moskvada azərbaycanlı və erməni həmkarı ilə görüşlər keçirməsi həm Moskvada, həm də İrəvanda yaranmış qorxu ilə bağlıdır, eyni zamanda aprelin 2-də Ermənistanda parlament seçkilərini dinc keçirmək istəyinin göstəricisi sayıla bilər: "Bilirsiniz ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin seçki 2015-ci ilin dekabrın 6-da konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkidir. Təbii ki, Rusiya və Ermənistan rəhbərliyi bu ərəfədə danışıqlar prosesində canlanmasının olmasını çox istərdi. Mən düşünürəm ki, iki ölkənin fəallaşması elə bununla bağlıdır. Onu da qeyd etmək lazımdır ki, martın sonlarında ATƏT-in Minsk qrupunun həmsədrləri də regiona gələcəklər. Demək, bu da mühüm bir amildir".

F.Sadıxov qeyd edib ki, Serj Sərkisyan və onun xarici işlər naziri təyin etdiyi şəxs çabalayır: "Fikir verin, Sərkisyan martın 14-15-də Rusiyada ikigünlük səfərdə oldu, bundan əvvəl isə Qərb ölkələrinə səfər etmişdi. Bunlar kömək istəyir, dəstək istəyir, bizi günahlandırır, bizə qarşı müxtəlif xoşagəlməz ifadələr işlədirlər. Bunu ancaq aprel ayında yeni qarşıdurmanın baş verməsindən qaçmaq istəyi və parlament seçkilərinin rəvan keçməsini təmin etmək istəyi ilə izah etmək olar".

Bəs, həmin günlərdə yeni, genişmiqyaslı qarşıdurma baş versə, bu, Ermənistandakı seçkilərə necə təsir edəcək? F.Sadıxov ciddi siyasi toqquşmanın baş verməyəcəyi qənaətindədir: "Çünki həm İrəvan, həm də Moskva bundan narahatdır. Onlar başa düşürlər ki, adekvat cavab alacaqlar və aprel hadisələri təkrarlana bilər. Amma nisbətən xırda toqquşmalar baş verir və baş verəcək. Ermənistan hakimiyyəti özünü xalqını müdafiə edən hakimiyyət kimi təqdim etmək istəyir. Seçiciləri seçki prosesində bu kontekstdə iştirak etməyə çağırır və onların səsini almağa çalışır. Yəni, biz sizi müdafiə edirik, Azərbaycan güclü dövlətə çevrilib, hərbi potensialı ilə bizi hədələyir və biz sizi birmənalı şəkildə bu təhlükədən müdafiə etməli, müdafiə olunmalıyıq. Bu ritorikanın davam edəcəyini istisna etmirəm".

Son dəqiqə! "Qarabağda müharibə..."Son dəqiqə! "Qarabağda müharibə..."Mənbə: teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5745   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart