Dəhşət! İnsanlar buna görə intihar edir - ŞOK DETAL

Dəhşət! İnsanlar buna görə intihar edir - ŞOK DETAL"İntihar səbəbləri arasında bir neçəsini göstərmək olar. Ən sıx görülən səbəb ani bir hadisənin baş verməsidir. Bu, ailə-məişət hadisəsi, çözüm yolu tapa bilmədiyi durum ola bilər. Ailədaxili münaqişələrdə ər-arvadın ayrılması, ani xəyanətlərin öyrənilməsi, böyük borcu qaytara bilməmək düşüncəsini ani səbəblər kimi göstərmək olar. Qeyd edək ki, ölümlə nəticələnən və nəticələnməyən intiharlar olur. İntihara cəhdlər intiharın özündən 15 dəfə çox olur. Bir insanın intihara cəhd etməsi normal qəbul ediləcək hal deyil. Bu həddə çatması üçün müəyyən mərhələyə çatması lazımdır".

Bunu uzman psixiatr Azər Bağırov Ailem.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, intihar riskini artıran səbəblər arasında şəxsin tək olması, ailə bağlarının, yaxınlarının olmaması, evli olmamaması, boşanması var. Ancaq ağır, xroniki, müalicəsi olmayan xəstəlik diaqnozu qoyulması da intihar riskini artıran səbəbdir: "İntiharın şəxsin asosial olması ilə əlaqəsi yoxdur. Böyük ətrafı olan insanlar da intihar edir. Amma intihar edən insanların psixiatrik xəstəliyinin olması gözdən qaçır. Əsas məqam budur. Bir insanın depressiyada olduğu, intihara meylli olduğu vaxtında aşkarlanıb yardım edilsə, qarşısı alına bilər. İnsanlar intihar səviyyəsinə çatmazdan əvvəl depressiv vəziyyətə düşürlər. Depressiv vəziyyət insanın əhval-ruhiyyəsinin bir neçə saatlıq, bir neçə günlük pozulması deyil. Bu, iki həftədən çox çəkən haldır – kefsizlik, istəksizlik, heç nədən zövq almamaq, heç nə etmək istəmir, işləmək, yemək, harasa getmək istəmir və s. Ətrafdakılar dəyişikliyi görə bilir. Çünki şən, ünsiyyətcil adam özünə qapılır. Bu zaman mütəxəssisə müraciət etmək lazımdır".

Mütəxəssis deyir ki, impulsiv intihar cəhdləri daha çox qadınlarda görülür. Bir münaqişədən, öyrəndikləri hansısa xəbərdən sonra qadınlar özlərini çıxılmaz, hər şeyin sonu gəlibmiş kimi hiss edirlər: "O sırada intihar cəhdlərinə əl atırlar. Çox zaman dərman içirlər. Bu cəhdlərin çoxu ölümlə nəticələnmir. Kişilərdə intihar cəhdləri daha ciddi görünür. Odlu silahla, çox yüksək miqdarda dərman içməklə, özünü asmaqla intihar hallarına rast gəlinir. İntihara cəhd halları qadınlarda kişilərdən 2 dəfə artıqdır. Ölümlə nəticələnən intiharlar isə kişilərdə qadınlara nisbətən 4-5 dəfə çoxdur. Bəli, qadınların çox dözümlü varlıq olduğunu qəbul etmək lazımdır. Ancaq kişinin intihara cəhdini stressə dözməmək kimi qəbul etmək doğru deyil. Hamının həyatında stress olur. Amma hamı intihara cəhd etmir. Bu, stress faktorunun şiddətiylə əlaqəlidir. Güclü, çıxılmaz hiss etdirən stress faktoru intihara apara bilər. İntihar edən insanda çox zaman gizli şəkildə gedən depressiv hal olur. Məsələn, ailədaxili münaqişə dedikdə bunun özü də xroniki müddətdir. Bunu intihar olan gün baş vermiş münaqişə kimi görməmək lazımdır. Yəni aylar, illər öncəsinə gedən ailədəki soyuqluq, münasibət var. Bunu dözümsüzlük kimi görməkdənsə psixoloji vəziyyətin olub-olmaması araşdırmaq daha faydalıdır".

A.Bağırov qeyd edir ki, burda ölkənin mental xüsusiyyətləri də rol oynayır: "Bizim kimi mədəniyyətlərdə kişilər ailəni dolandıra bilmədikləri, yaxud üzərlərinə düşən məsuliyyəti yerinə yetirə bilmədikləri üçün kişiliklərinə xələl gəldiyini düşünmə səbəbilə çıxışı intihar cəhdlərində arayırlar. Ona görə stress halları, cəmiyyətdəki sıxıntılı vəziyyətlərin kişilər üzərində təsiri daha çoxdur. Qadınlar üzərində isə ailə içi, məişət zəminində ikili münasibət daha çox təsir edir".

Psixiatr kişilərin içkiyə meyl etməsi məsələsinə də toxunub: "İçki heç bir şəkildə müalicəedici üsul deyil. İçkinin təsirilə sərxoşluq halı yarananda müəyyən müddət mənfi düşüncələrdə azalma ola bilər. Amma səhəri gün içkinin təsiri getdikdə şəxs özünü daha da pis hiss edir. Birincisi, o miqdarda içki qəbul etdiyi üçün özünü peşman və işəyaramaz hiss edir. İkincisi, içkinin özünün xroniki istifadəsinin depressiya üzərində mənfi təsiri var. Yəni heç nəyi həll eləmir, problem olduğu kimi qalır. İçkili şəkildəki davranışları ətrafı tərəfindən qınandığı üçün özlərini daha pis, işəyaramaz, sevilməyən, diqqətə alınmayan insan kimi hiss etmələrinə səbəb olur. Bir insan problemli dönəmə girdikdən sonra içkiyə meylinin artdığını gördükdə, mütləq yardım etmək, mütəxəssisə yönləndirib, içkiyə meyl etmə səbəblərini tapmaq lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3983   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart