İrəvanda aksiya: Ter-Petrosyanın seçki bloku sülh şüarı ilə küçələrə çıxdı - FOTO

Seçkiqabağı gərgin situasiyanın hökm sürdüyü Ermənistanda hazırda yürüş-mitinq keçirilir.

Paytaxt İrəvanın Açanyak rayonunda keçirilən aksiyanın təşkilatçısı hakim partiyanın əsas rəqiblərindən olan "Konqres-Erməni Milli Konqresi" Blokudur. Nümayişçilər əllərində blokun namizədlərindən olan "Ermənistan" tibb mərkəzinin direktoru Qriqor Qriqoryanın şəkillərini qaldırıb küçələr boyu irəliləyir.

Həmçinin onlar ətrafdakı vətəndaşlara vərəqələr paylayırlar. Təbliğat-təşviqat vərəqələrində ölkə əhalisini sülhə səs verməyə yönəlik çağırışlar əksini tapıb. Qeyd edək ki, Erməni Milli Konqresinin sədri, eks-prezident Levon Ter-Petrosyan Serj Sarksiyan hakimiyyətini Azərbaycanla sülh bağlamağa çağırıb. O hesab edir ki, əks təqdirdə sonra gec olacaq.Erməni xalqı da özgə torpağındakı itkilərdən cana doyduğu üçün sülh mesajlı seçki bloklarına daha çox etimad göstərir. Hətta sabiq müdafiə naziri Seyran Ohanyan da əhalinin müharibədən yorulduğunu anlayaraq, həmfikiləri ilə birgə yaratdığı seçki blokunun əsas şüarlarından biri olaraq sülhü seçib. Şübhə yoxdur ki, L.Ter-Petrosyanın təsis etdiyi blokunun bugünkü aksiyasının kütləviliyində də Qarabağda sülh mesajı mühüm rol oynayıb.

Məlumata görə, yürüş iştirakçıları arasında eks-prezident özü görünməsə də, blokun Açapnyak-Arabkir-Davidaşen bölgəsindən olan namizədləri deputat Aram Manukyan, L.Ter-Petrosyanın mətbuat katibi Arman Munisyan, iqtisadçı Zoya Tadevosyan iştirak edir. "Ermənistan" tibb mərkəzinin direktoru Qriqor Qriqoryan iş yerində olduğu üçün aksiyaya qatıla bilməyib.

Mənbə:musavat.com
İrəvanda aksiya: Ter-Petrosyanın seçki bloku sülh şüarı ilə küçələrə çıxdı - FOTOİrəvanda aksiya: Ter-Petrosyanın seçki bloku sülh şüarı ilə küçələrə çıxdı - FOTOİrəvanda aksiya: Ter-Petrosyanın seçki bloku sülh şüarı ilə küçələrə çıxdı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1588   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel