İntihar etmək istəyən şəxsə belə kömək etmək olar

İntihar etmək istəyən şəxsə belə kömək etmək olarSonxeber.az Ailem.az-a istinadən həkim-psixiatr Orxan Fərəclinin intiharlar haqda məqaləsini təqdim edir.

Ölkədəki mövcud qanunvericiliyə görə, intihara cəhd edib sağ qalsa, psixiatrik xəstəxanaya, dinə görə isə, ölsə, cəhənnəmə yerləşdiriləcək bu insan. Özünü dindirsəniz, "bütün qapılar üzümə bağlıdır, heç kim məni anlamır, heç kim istəmir məni... Yaşamağa dəyməz...", - deyəcək.
Həkimləri, psixoloqları da hər dəfə təəccübləndirən, bioloji, sosioloji, psixoloji səbəbləri olan qarmaqarışıq bir vəziyyətdir intihar. Çətin sosial şəraitdə yaşayan və ya əksinə, normal dolanışığı olan insandan tutmuş, orta məktəb şagirdinə, uzun illərin həkiminə, şöbə müdirinə, ağır ruhi xəstələrə qədər geniş bir çevrəni əhatə edir. Statistikası belə qəribədir, dəqiq rəqəmlər təqdim edə bilmir. Cəhd edənlər və tamamlanmış intiharlar olaraq 2 yerə ayırıb sayırlar intiharları. Cəhd edənlər ölənlərdən 8-25 dəfə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı ildə 800 min nəfərin özünə qəsd etdiyini vurğulayır. Dünyadakı intihar sürəti 100 min nəfərə 12 nəfərdir.

İntiharı ən çox kim edir?

Tamamlanmış intiharların sayına görə, kişilər qadınlardan 2 dəfə çox ölürlər və məqsədlərinə çatmaq üçün daha qəddar üsullara əl atırlar. İntihar etmə cəhdi isə qadınlarda daha yüksəkdir. İstər digər ölkələrin statistikasında, istərsə də Azərbaycanda həm qadınlar, həm də kişilər arasında ən çox intihar edən yaş qrupu 45-dən yuxarı şəxslərdir.
Amma təəssüf ki, son vaxtlar gənclər və uşaqlar arasında da intihar halları artmaqdadır. Uşaqlarda intiharların səbəblərini yaş səviyyəsinə görə iki qrupa bölmək olar. İlk qrup ölüm anlayışını başa düşməyənlər, ikinci qrup isə başa düşənlərdir. Hər iki qrupun özünəməxsus səbəbləri var. Məsələn, ölümü başa düşməyən qrupdakı səbəblər içərisində ən genişi budur: elə bilirlər ki, insan ölmür, o, geri qayıda bilər. Yaxud cizgi filmlərində gördükləri hansısa səhnələr, detallar onlara təsir edir. Bu yaş qrupuna adətən 7-8 yaşından aşağı olan uşaqlar daxildir və intiharlara çox da rast gəlinmir. Əsas çoxluq 2-ci qrupun üstünə düşür. Bu qrupa daxil olan uşaqların intihar səbəbləri arasında valideyn təzyiqi, ailə daxil söhbətlər, alkoqolizm, dərs keyfiyyətinin aşağı olması və sair yer alır.

Tamamlanmış intiharların 90%-də baş vermə səbəbi kimi hər hansı bir psixiatrik problemin olması düşünülür ki, bunun da başında depressiya gəlir. Xüsusən bir şəxsdə depressiya varsa, müalicədən imtina edirsə və əvvəllər nə vaxtsa intihara cəhd edibsə, həmin adam ən yüksək risk qrupuna daxildir.
Maddi vəziyyətin aşağı olması, borca düşmək, yalnız yaşamaq, boşanmaq, işsizlik, iri şəhərlərdə yaşamaq intihara bir başa səbəb olmasa da, bu riski artıran amillərdəndir.
İşin maraqlı tərəfi odur ki, intihar riskini artıran amillərlə yanaşı bu riski azaldan amillər də var. Belə ki, şəxsin yaxşı dost çevrəsinin olması, dünyagörüşünün yüksək olması, müntəzəm idmanla məşğul olmaq, hobbilərin olması, intiharı yasaqlayan dinlərə mənsubluq, ailədə 2 yaşından balaca uşaqların olması intihar riskini azaldan vəziyyətlərdir.

İntihar etmək istəyən şəxsə necə kömək edə bilərik?

İntihar edənlərin 80%-i bu istəklərini əvvəldən hər hansı bir şəkildə dilə gətirirlər. Bu düşüncəni dilə gətirənlərin 20%-i isə intihara cəhd edir. Həmin 20%-dən yetişkinlərdə hər 10 intihardan 1-i, yeniyetmələrdə isə hər 200-300 cəhddən 1-i ölümlə nəticələnir. Bu rəqəmlər "intihar edən deməz, deyirsə, deməli etməyəcək" inancının yanlış olduğunu göstərir.
Sosial şəbəkələrdə yayılmış intihar videosunun birində intihar etmək istəyən şəxs körpüyə çıxmış və özünü aşağı atmaq istəyirdi. Həmin videoda aşağıda onu "seyr edən" şəxslərdən biri "atmayan kişi deyil, at qurtar gedək, iş-gücümüz var" deyirdi.

Əgər sizin qohumlarınızdan, tanışlarınızdan kiminsə belə bir planının olduğunu duyursunuzsa, mütləq yaxından təmas qurmağa, onu narahat edən problemini araşdırmağa cəhd edin. Ona "öldürmək pis şeydir, ayıbdır, çıxar başından belə şeyləri" kimi klassik məzmunlu məsləhət vermək əvəzinə, onu bu davranışa vadar edən məsələni müzakirə edin, mümkündürsə, həllinə yönəlik konkret addımlar atın. Həmin şəxsdə ciddi real cəhdlərin ola biləcəyinə ehtiyat edirsinizsə, mütləq digər ailə üzvlərini xəbərdar edərək, mütəxəssis yardımı almağa çalışın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1696   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

23 aprel