Lalə Məmmədova: "Neçə yaşda ərə gedəcəyimi..."

Lalə Məmmədova: "Neçə yaşda ərə gedəcəyimi..."Novruz bayramı milli bayramımızdır. Bu bayram torpağın oyanışı, ruzinin çoxalmasını, həyatın oyanışını əks etdirir. Novruz bayramını insanlara daha çox sevdirən onun adət-ənənələridir. Tonqalların qalanması, papaq atma, qapı pusma, fala baxma və əlbəttə ki, bayramın əsas obrazı olan Bahar qızı, Keçəl və Kosadır.

"Novruz bayramı mənə doğlamalarımı xatırladır. Xüsusən də, nənəm yadıma düşür. Köhnə evimiz, uşaqlığım, xoş xatirələr yadıma düşür. Mənim uşaqlığımda Novruz qadağan olunmuş bayram idi. Novruz bayramını qorxa-qorxa keçirirdik. Novruz bayramında ən sevmədiyim və acığım tutan bir adət isə qapı pusmaqdır. Bunu edən insanlara da məəttəl qalıram. Necə də utanmırlar bunu etməyə?! Bir də Novruz bayramınn əsas qəhrəmanlarından olan Keçəl ilə Kosanın geyimləri xoşuma gəlmir. Çox kasıb formada geyinirlər. İstərdim onların geyimləri və ssenariləri üzərində yenidən işləsinlər. Bəyəndiyim adətlər isə güləşçilərimizin qəhrəmanlıqlarını göstərməsi, at çapması və xalq oyunlarımızdır".
Novruz falından danışan Lalə Məmmədova uşaq olarkən ərə getməsi üçün fala baxdırdığını etiraf edib:
"Mən fala inanmıram. Məncə savadlı və Allaha inanan insan fala inanmaz. Amma yalan deməyəcəyəm ki, uşaqlıqda Novruz falına baxmışam. Məktəbdə oxuyurdum. 8 ya da 9-cu sinifdə idim. Qızlarla birlikdə kim neçə yaşında ərə gedəcək bilməsi üçün su ilə dolu kasaya ipə bağlanmış üzük sallatdım. Yaşım 40-ı keçmişdi, hələ də ərə getməyəcəyim çıxdı.Bu hadisəyə xeyli gülmüşdük".

Mənbə:istipress

Şou-biznes   Baxılıb: 3274   Tarix: 19 mart 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az