Məşhur model sevgilisini öldürtmək üçün qatil tutub - Ulduzların cinayətləriMəşhur model sevgilisini öldürtmək üçün qatil tutub - Ulduzların cinayətlə
Sənət adamlarının yaradıcılığı qədər özəl həyatı, yaşadıqları da sevənlərinə maraqlıdır. Təəssüf ki, milyonların sevimliləri hər zaman xoş xəbərlərlə tamaşaçıların qarşısına çıxmır. Bəzən məşhur sənətçilər yaşadıqları qalmaqallar, ailə problemləri, törətdikləri cinayətlərlə gündəmi zəbt edirlər.
Türkiyə mətbuatı məhbus həyatı yaşayan məşhurların siyahısını hazırlayıb.
Siyahıda ilk yeri Sərdar Ortac tutub. O, 1999-ci ildə əsgərlikdən yayınmaq üçün saxta sənədlər hazırladıb. Buna görə də 2 ilə yaxın həbs həyatı yaşayıb.
1999-cu ildə həbs olunanlar siyahısında məşhur aparıcı Ebru Şallı da var. O, narkotik maddə istifadə etdiyi üçün 15 günlük məhbus olub.
Həbsdən çıxdıqdan sonra verdiyi açıqlamada məşhur xanım həbsxananı belə xatırlayıb: "Düşündüyümdən fərqli idi. 8-ci kamerada qaldım. Pisin yaxşısı idi. Amma insan nə yemək yeyə bilir, nə yata bilir. İçəridəkilər günahsız insanı gözündən anlayıb daha içdən davranırlar. Vegetarian olduğum üçün mənə normal yeməklər etdilər. Filmlərdəki qədər pis deyildi. Hilton otel də deyildi təbii ki...".
"Türkiyənin divası" adlandırılan Bülent Ersoy 1980-ci ildə hərbi çevriliş dövründə evinə gələn hakimi təhqir etdiyi üçün 11 ay 20 gün həbsə məhkum edilmişdi. Lakin cəzası 45 gün sonra təxirə salınıb.
Bülent Ersoy daha sonra Quş adasında tətildəykən bir jurnalistə hücum edərək fotoaparatını qırdığı üçün həbs edilərək Söke həbsxanasına göndərilib. Orada o, 2 ay həbs həyatı yaşayıb.
Məşhur model Tuğba Özayın həbsə girmə səbəbi isə sevgilisi Akın Büyükoğlunu vurması üçün bir sui-qəsdçi ilə anlaşmasıdır.
1993-cü ildə gənc qıza təcavüz etdiyi iddiası ilə Doğuşa 2 il həbs cəzası verilsə də, o, cəmi 4 ay məhbus olub.
1987-ci ildə polislə yaşadığı mübahisə sonrası həbs olunan İbrahim Tatlısəs 16 gün həbsdə qalıb.
Müğənni Gökhan Özən sevgilisinə söz atan bərbəri qaçıraraq döydüyü üçün 2 ay həbs cəzası alıb.
Yaxın zamanda isə müğənni Dəniz Səkinin həbs olunmasına şahid olduq. O, 2009-cu ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin qərarıyla, "narkotikdən istifadə və satmaq" maddəsi ilə 6 il, 3 ay müddətinə həbs olunub. 7 ay həbsxanada qalan ifaçı 2009-cu ilin oktyabrında azadlığa buraxılıb. 2014-cü ilin may ayında İstanbul 12-ci Ağır Cəza Məhkəməsi "narkotik satışı ilə məşğul olma" cinayəti ilə mühakimə edilən ifaçını həbs olunmasına qərar verib. Ona 6 il 3 ay həbs cəzası verilib. Həbs qərarını eşidən müğənni gizlənib. O, 6 aydan sonra İstanbul Esenyurtdakı gizləndiyi evində aşkarlanıb və tutulub. Müğənni bu ilin iyun ayında azadlığa çıxacaq.
Mənbə: musavat.com
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 2501 Tarix: 20 mart 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşŞoyqunun müavini saxlanıldı
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd
23 aprelİtkin düşən uşağın meyiti çayda tapıldı
Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat
24 aprelAzyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO
Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:
22 aprelVergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO
Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il
24 aprelƏsl anasını 25 il sonra efirdə tapdı - İzləyicilər ŞOKDA
Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb. Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülə
22 aprelMağazada ürəyindən bıçaqlandı:ANBAAN GÖRÜNTÜ -VİDEO
Türkiyənin Bursa şəhərində supermarketdə mübahisə qanla bitib. xarici mediaya istinadən xəbər verir ki,oğurluqda günahlandıran şəxs kassirlə mübahisə edib. Bu zaman davanı ayırmaq istəyən müştəri müdaxilə edərkən bıçaqlayaraq ağır yaralayıb. Yaralı təcili xəstəxanya aparılıb. Xəstəxanada bütün müdaxilələr
24 aprelRusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb
24 aprelEv sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı
Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy
24 aprel