Bankomatlara yeni virus hücumu barədə xəbərdarlıq edilib

Bankomatlara yeni virus hücumu barədə xəbərdarlıq edilibRusiyada müştərilərin bank hesablarından oğurluğa imkan verən yeni virus meydana gəlib. Yeni hücum barədə məlumat Mərkəzi Bank tərəfindən bazar iştirakçılarına göndərilən xüsusi məktubda izah olunub.
Sonxeber.az bu barədə "Report"a istinadən xəbər verir.
"Kommersant"ın müsahibinin sözlərinə görə, virus bankomatın operativ yaddaşında yerləşir və fayl formasına malik deyil. Buna görə də antivirus proqramları tərəfindən müəyyən oluna bilmir. Xüsusi kodun yığılması ilə virus böyük nominallı pulların yerləşdiyi kassetdən pulların götürülməsinə şərait yaradır. Qeyd edək ki, virus müştərilərin hesabları barədə məlumatlara toxunmur.
Bu proqramlar xaricdə meydana gəlib və hələ ki, Rusiyadakı bankomatlara hücum baş verməyib. Qeyd olunur ki, onlar "Windows" sistemi ilə işlədiyi üçün ölkədəki əksər avadanlıqları təhlükəyə atır.

Hadisə   Baxılıb: 1184   Tarix: 20 mart 2017  
Facebookda Paylaş

DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az