Son dəqiqə!:"Qarabağı..."

Son dəqiqə!:"Qarabağı..."Erməni xalqı hökumətdən Qarabağ problemini həll etməyi tələb etməlidir.
Bunu Erməni Milli Konqresinin rəhbəri, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində söyləyib.

"Xalq hökuməti seçib və ondan bir şey tələb etməlidir. Bu problemi həll edin, bizim bədbəxtliyimizə, əzablarımıza, övladlarımızın sərhədlərdə gündəlik ölümünə son qoyun. Erməni və Azərbaycan xalqları öz hökumətlərini sülhə məcbur etməlidirlər. Əgər bu olmasa, heç bir həll olmayacaq. Bu gün deyirlər ki, qoy Azərbaycan əvvəlcə Qarabağın müstəqilliyini tanısın, sonra biz əraziləri geri qaytaraq. Bunu necə siyasi düşüncə hesab etmək olar? Serj Sərkisyan necə gedib deyə bilər ki, cənab Putin, cənab Tramp, cənab Olland, mən tələb edirəm? Ona sadəcə güləcəklər", – deyə, o bildirib.

O, 1988-ci ildən bu yana Qarabağdan vacib məsələnin olmadığını və seçicilərin səsvermə zamanı buna xüsusi önəm vermələri gərəkdiyini söyləyib:

"Bütün siyasi qüvvələr Qarabağ konfliktinin həlli prosesinə aid olan vahid real suala cavab verməlidirlər. Bu, gərək referendum formasında bir şey olsun. Siz Minsk Qrupunun həmsədrlərinin təklif etdiyi həll proqramının imzalanmasına razısınızmı? Biz deyirik, bəli, razıyıq. Ermənistan "Dağlıq Qarabağ"ın nəzarəti altında olan rayonları azad, tarixi, müqəddəs və sairə adlandıra bilər, amma beynəlxalq ictimaiyyət onları işğal olunmuş ərazilər hesab edəcək. Biz bu əraziləri Azərbaycana yox, beynəlxalq instansiyalara verəcəyik. Biz BMT və ATƏT-in tələblərini yerinə yetirməyə məcburuq".

Eks-prezident Rusiyanın vasitəçilik fəaliyyətlərinə də münasibət bildirib:

"Rusiya bu gün aktiv şəkildə Yaxın Şərq proseslərinə cəlb olunub. Bu proseslər, tezliklə, başa çatmayacaq. Rusiya imkan verə bilməz ki, Yaxın Şərqdə problemlərin olduğu vaxtda Zaqafqaziyada belə münaqişə ocağı qalsın. Rusiyada problemin həllinin açarı var. Qərb Moskvanın onu belə başağrısından azad etməsindən yalnız razı ola bilər. Rusiya bu gün daha çox problemin həllində maraqlıdır".

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5566   Tarix: 24 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28 mart
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart