Son dəqiqə! Ermənistan qarışdı: "Qarabağı təcili qaytaraq"

Son dəqiqə! Ermənistan qarışdı: "Qarabağı təcili qaytaraq"Ermənistanın birinci prezidenti, "Erməni Milli Konqresi"nin lideri Levon Ter-Petrosyan parlament seçkilərində əsas şüar olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini irəli sürür.

Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyini vurğulayır və qeyd edir ki, "nə qədər gec deyil Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir".

Ter-Petrosyan münaqişənin "Madrid prinsipləri" çərçivəsində həllinin tərəfdarıdır.

Ermənistan mediasının məlumatına görə, Petrosyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı bir daha bildirib ki, ölkənin gələcək inkişafı üçün münaqişə hazırki şərtlər (ərazilərin qaytarılması-red) daxilində həll edilməlidir: "Geciksək, nəticə bizim üçün daha pis olacaq".

Xatırladaq ki, Petrosyan ötən ilin dekabrında keçirilən partiyasının qurultayında ərazilərin qaytarılması və münaqişənin təcili həll edilməsi ideyasını gündəmə gətirmişdi.

"Erməni Milli Konqresi"nin nümayəndəsi Levon Zurabyan da dünən jurnalistlərə açıqlamasında Qarabağda sülh və ölkədə korrupsiya ilə mübarizə proqramı hazırladıqlarını bildirib.

O qeyd edib ki, seçkidə qalib gələrək, yeni hökuməti formalaşdırmaq imkanına nail olsalar, "Madrid prinsipləri" çərçivəsində Qarabağda sülh sazişinin imzalanmasını həyata keçirdəcəklər.
Qeyd edək ki, Ter-Petrosyanın bu ideyası Ermənistanda hakim dairələr tərəfindən "vətən xainliyi" olaraq təqdim edilir.

Lakin Ermənistan cəmiyyətində ərazilərin Azərbaycana qaytarılması və münaqişənin sülh yolu ilə həll edilməsi ideyasını əksəriyyət dəstəkləyir. Xüsusilə övladlarının Qarabağda ölməsini istəməyən erməni vətəndaşlar Petrosyanın ətrafında birləşiblər.

"Lragir" saytı da yazır ki, övladlarının Qarabağda ölməsini istəməyən valideynlər Levon Ter-Petrosyanı dəstəkləyir.

Hazırda Ermənistanda seçkiöncəsi vəziyyət olduqca gərgindir. Serj Sarkisyan partiyasının seçkidə qələbə çalması üçün bütün vasitələrdən istifadə edir. "Ohanyan-Raffi-Oskanyan" (keçmiş müdafiə naziri Seyran Ohanyan, "İrs" Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın birgə yaratdığı blok) seçki blokunu dəstəkləyən Samvel Babayanın həbsinin də məhz əsas rəqiblərin sıradan çıxarılması gedişi olduğu hesab olunur.

Qondarma "DQR"-in keçmiş "müdafiə naziri" olmuş Babayanın aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra silahlı qiyam hazırladığına dair informasiyalar var.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 24030   Tarix: 24 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021