İtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLAR

Azərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, "Leşyığanlar mafiyası" kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür. Bu gün ölkə bazarlarında, supermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlər də bunu təsdiq edir. Hələ ötən il dövriyyədən 70 tona yaxın murdar, mənşəyi bəlli olmayan ət çıxarılıb. Dövriyyədə tonlarla xəstə heyvanın əti var. Restoranlarda lülə kabab, basdırma şəklində süfrəyə çıxan belə ətlərin satılmasının qarşısını almaq müşkül məsələyə çevrilib.

Bu yaxınlarda Dövlət Statistika Komitəsi ölkədə olan eşşəklərin sayının azaldığını açıqlayıb. Məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib. Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb. Bu xəbərdən sonra əhali arasında "eşşək əti panikası" yaranıb. İnsanlar itən 5 min eşşəyin ətinin kafe və restoranlarda və ya qəssabxanalarda onların qabağına çıxacağından narahatdırlar.

Musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün paytaxt ərazisində ət satışı olan bazarlara üz tutub. Əməkdaşımız səhərin erkən saatlarında "8-ci kilometr bazarı"nın ət satışı hissəsində olub və bazara ətlərin daşınması zamanı dəhşətli mənzərənin şahidi olub.

Bazarın ət satışı bölməsinin qəssabları alaqaranlıqdan "hərəkətə" keçirlər. Özləri ilə gətirdikləri qoyun və mal ətlərini yerbəyer edirlər. Nazik və çirkli torbalara keçirilmiş ətləri qəssabxanalara daşıyırlar, bir az bəzək-düzək verib, piştaxtaya çıxarırlar. Torbaların ağzı bağlı olmadığından içindəki iki şaqqaya bölünmüş cəmdəklərin ağzı tez-tez çirkli arabaların üstünə düşür. Ətlə bir qida məhsulu kimi deyil, zibil torbası kimi davranılır.

Ən dəhşətli mənzərə isə bazarın bir qədər arxa hissəsində cərəyan edirdi. "VAZ 2106" markalı köhnə avtomobilin yük yerində saralmış, qaralmış, üfunət iyi verən cəmdəklər gözümüzə sataşdı. İnanılması çətin olsa da, bu dəhşətli mənzərə bazardakı ət məhsullarının daşınma və saxlanma vəziyyətini əks etdirən reallıqdır. İlk baxışdan ətin köhnə olduğu bilinirdi. Hətta cəmdəyin hansı heyvana məxsus olduğunu aydınlaşdırmaq da mümkün deyildi.

Bu cür heyvan leşlərinin insan həyatı üçün nə qədər təhlükəli olduğunu yəqin ki, onu bazara çıxaran alverçilər daha yaxşı bilir. Səhər saatları mal gətirilməsi baxımından bazarın ən hərəkətli vaxtı olduğundan nəzarət də güclüdür. Bu baxımdan gördüklərimizi fotokameranın yaddaşına köçürməkdə çətinlik çəkdik. Amma gizli şəkildə bəzi görüntülər çəkməyə nail olduq.

Alıcıların heç zaman görə bilməyəcəyi bu mənzərə isə ürəkbulandırır. Belə ki, bir nəfər köhnə avtomobilin baqajına açıq şəkildə yüklənən şaqqalanmış heyvan cəmdəklərini götürüb, üzərində heç bir örtüyü olmayan toz-torpaqlı arabanın üzərin qalaqlayırdı. Oradan isə bazara aparırdı. Prosesi sona qədər izləmək istəsək də, mümkün olmadı. Ətrafdakı şəxslər jurnalist olduğumuzdan şübhələnib, bizə içəri daxil olmağa imkan vermədilər. Çəkiliş etdiyimizi görənlər isə əl-ayağa düşdülər.

Prosesin iştirakçılarından biri sürücüyə maşının yük yerini bağlamağı əmr etdi. Daha sonra ərazidəki polis əməkdaşı və həmin şəxs israrla bazar rəhbərliyinin yanına getməyimizi tələb etdilər. Əlimizdəki görüntüləri qorumaq xətrinə oradan uzaqlaşdıq.

Qeyd edək ki, "8-ci kilometr" bazarında ətin qiyməti digər qəssabxanalardan bir xeyli fərqlidir. Normalda kiloqramı 11 manata olan mal əti bu bazarda 6-7 manata satılır. 10-11 manata təklif olunan qoyun əti isə 7-8 manata təklif olunur. Satıcılarla həmsöhbət olub, ətin ucuz olmasının səbəbini öyrənməyə çalışdıq. Bildirdilər ki, burada ətin topdansatışı həyata keçirilir. Alverçi olduğumuzu deyib, əti topdan 6 manata almaq üçün danışıq apardıq. Satıcı bildirdi ki, 50 kiloqramdan çox alsaq, endirim də edə bilər. Onu da dedi ki, iki gün əvvəl sifariş vermək lazımdır ki, əti hazırlasın. Daimi müştəri olacağımız təqdirdə, bizə daha ucuz ət tapa biləcəyini dəfələrlə vurğuladı.

Ölkədə ətin qiymətinin 11-12 manata qalxdığı bir vaxtda bu bazarda iki dəfə ucuz satılmasının səbəbini isə təxmin etmək çətin deyil. Çox güman ki, yaşlı və ölmüş heyvan cəmdəkləri, bəzən isə at və eşşək ətlərinin kafe və restoranlara gedən yolu elə buradan keçir.

Son olaraq qeyd edək ki, ət alarkən diqqətli olmaqda fayda var. Əks halda nəinki pulunuzdan, həm də sağlamlığınızdan ola bilərsiniz.

Bazarda çəkdiyimiz həmin videogörüntünü təqdim edirik:

İtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLARİtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLARİtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLARİtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLARİtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLARİtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLARİtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLARİtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR -VİDEO + FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7038   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. 9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel