Diqqət! Azərbaycanda bu kommunal xidmət bahalaşa bilər
Artıq martın 25-dən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib. Bu, Nazirlər Kabineti 2017-ci il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Qərarında dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.
Maraqlıdır, bu, elektrik enerjisinin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bunun elektrik enerjisinin qiymətinə hər hansı təsirinin ola bilməyəcəyini deyib:
"Əksinə, bu, elektrik enerjisinin qiymətinin artımına gətirib çıxara bilər. Çünki bu, idxal olunan mazutdur, daxili məhsul deyil. İdxal olunan mazut isə xaricdən valyuta ilə alınır. Nazirlər Kabinetinin də qərarı ona yönəlib ki, mazutun əlavə dəyər vergisi olmasın. Yəni, energetiklər enerjinin maya dəyərinin bahalaşmasına əlavə gərginlik yaratmasın. İdxal olunan mazutun gömrük rüsumundan azad edilməsi bu baxımdan edilib".
Daxildə istehsal olunan mazutun keyfiyyətinə və həcminə gəlincə, ekspert qeyd edib ki, bu, sırf neftayırma zavodlarının funksionallığı ilə əlaqədardır:
"Əgər neftayırma zavodundan daha çox mazut ölkənin tələbatına uyğun istehsal olunsaydı, onda yüngül fraksiyalı neft məhsulları o qədər azalmış olardı. Yüngül fraksiyalı neft məhsulları isə yanacaq deməkdir. Yəni, avtomobil benzini, dizel yanacağı və kerosin. Bu məhsullar çox bahalıdır. Nəticə etibarilə gərək biz onları idxal edək. Mazutu isə böyük həcmdə idxal etmirik və onun qiyməti ucuzdur. İqtisadi baxımdan götür-qoy edilib bu addım atırlar. Azərbaycanda mazutu ancaq energetiklər istifadə edir".
Mənbə:Cebhe.info
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2937 Tarix: 27 mart 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə edilir"
"Burada pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə gedir, lakin dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır". xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili qeyd edib ki, əksin
29 martAzərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını
29 martKüp evlər sosial medianı çalxaladı – Bu haradır?
Sosial mediada küp formasında evlərdən ibarət kiçik bir kənd insanlarda böyük maraq oyandırıb. -ın xəbərinə görə, öncə bu evlərin Türkiyənin Yozqat vilayətində olduğu deyilsə də, əslində küp evlər Gürcüstanda yerləşir. Görüntülər Gürcüstanın Telavi şəhərində yerləşən Qveyrebi otelinə aididir. Oteli
29 mart"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama
Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d
29 martAzərbaycan bu ölkə ilə quru sərhədi açdı
Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini
29 martBu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək
İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin
29 martİsmayıl Tamoyev Bakı həbsxanasında öldü
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır
29 martButikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu
Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri
29 mart