Sürücü ilə yol polisi arasında mübahisə: "Siz kimsiniz mənə əmr verirsiniz?" - VİDEO

Sürücü ilə yol polisi arasında mübahisə: "Siz kimsiniz mənə əmr verirsiniz?" - VİDEOBakıda sürücü ilə yol polisi arasında növbəti qalmaqal baş verib.

Polis yol hərəkəti qaydalarını pozduğunu iddia etdiyi sürücünü saxlayıb. Lakin polis əməkdaşı sürücüyə qayda pozuntusu faktını sübut edə bilməyib. Özünü sürücüyə təqdim edən polis əməkdaşı ona Hüseyn Cavid prospektində nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğunu bildirib. Sürücü isə yol polisindən qayda pozuntusunu izah etməyi tələb edib. Daha sonra sürücü belə bir qayda pozuntusuna yol vermədiyini, hadisənin görüntülərinin ona göstəriləməsini inadla yol polisi əməkdaşından tələb edib. Sürücü yol polisi əməkdaşının ona qayda pozuntusu faktını düzgün izah etmədiyini bildirib. Ondan avtomobili tərk etməməsini tələb edən polisə etiraz edən sürücü "əmlak mənimdir, özüm bilərəm" dedikdə yol polisi ona belə cavab verib: "Post Patrul Xidmətinin əməkdaşları çağırılıb. Səsiniz yazılır. Xahiş edirəm, maşından düşməyin. Sənəd təqdim etmədiyiniz üçün şəxsiyyətiniz və hərəkətləriniz şübhə doğurur. Əllərinizi sükana qoyub gözləyin".

Avtosfer.az bildirir ki, yol polisinin bu cür davranışı tam əsaslıdır və qanunidir. Düzdür, bəzi maddələri qarışıq deyir, lakin bu görüntülərdə DYP inspektoru Azər Musayev formal olaraq tam qanuni davranır, tələbləri də normaldır. O, sürücünün "sən" deyə müraciətlərinə rəğmən ona "siz" deyə müraciət edir və sadəcə sənədləri tələb edir. Sürücü isə bu tələblər qarşısında özünü itirdiyi və səhv etdiyini anladığı üçün videonun ardını yaymayıb. Bu görüntülərdə sürücünün kimliyi bəlli olmasa da, o, yol polisinə həqiqətən də tabe olmur. Hətta ona "sən kimsən" deyə irad da tutur. Amerikada polisə "sən kimsən" desən, tapançanı adamın alnına dirəyib diz çökdürər və dərhal həbs edər...
Qeyd edək ki, həmin sürücünü saxlayan DYP əməkdaşı Azər Musayev 99 YP 459 nömrəli patrul avtomobilində xidmət edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2819   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə I

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart